37 yaşlı qadın əməliyyatdan sonra səhhətində fəsadların yarandığını İDDİA EDİR – Tanınmış cərrahdan ŞİKAYƏT

37 yaşlı qadın əməliyyatdan sonra səhhətində fəsadların yarandığını İDDİA EDİR – Tanınmış cərrahdan ŞİKAYƏT






presstv

"Presstv"az #Ailə, #Audi, #Cərrahi əməliyyat, #Həkim, #Məhkum, #Münaqişə, #Təhsil, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sağlamlığı üçün burun əməliyyatına 4 500 manat xərcləyən müəllimənin səhhətində fəsadlar yaranıb.

presstvaz Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət 37 yaşlı müəllimə Günel Məmmədovadan gedir.

O iddia edir ki, problem 3 il əvvəl “Artromed” Tibb Mərkəzində burun-boğaz cərrahı İdrak Əhmədov tərəfindən revizion burun əməliyyatından sonra başlayıb. Ondan əvvəl isə çəpər əyriliyi əməliyyatı olunan Günel Məmmədova iddia edir ki, hər iki əməliyyat fərqli klinikalarda və müxtəlif həkimlər tərəfindən icra olunub. Amma ikinci cərrahiyyə əməliyyatından illər ötsə də, sağlamlığına qovuşa bilmir.

Verilən 8 aylıq vəddən sonra İdrak Əhmədov pasiyentə cərrahi əməliyyat yox, kosmetik dolğu edəcəyini deyib.

Bundan sonra tərəflər arasında münaqişə yaşanıb. Günel Məmmədova prokurorluğa, İdrak Əhmədov isə məhkəməyə müraciət edib.

“Səkkiz aydan sonra dedi ki, gəl, dolğu edək, halbuki, əməliyyata 4 500 manat pul ödəmişəm. Dolğu təklif etdiyinə görə həkimlə aramda konflikt yarandı. Beləliklə, mən Xətai Rayon Prokurorluğuna müraciət etdim. Məsələni ictimailəşdirdiyimə görə İdrak Əhmədov da mənimlə bağlı Suraxanı Rayon Məhkəməsinə müraciət edib – şər və böhtan maddəsi ilə şikayət edib. Məhkəmə 4 ay islah işlərinə məhkum edilməyimlə bağlı qərar çıxardı. Mənə, 13 ilin ali təhsilli müəllimi haqqında verilən qərar budur”.

Günel Məmmədova iddia edir ki, haqqında çıxan məhkumluq qərarından sonra o, işini də itirib. Mütəxəsssislər əməliyyatın qüsurlu olduğunu desə də, ekspertizanın ikinci rəyində atrofiyanın orqanizmdə baş verən dəyişiklikdən sonra yaranması ilə bağlı rəy verilib.

Vətəndaşın iddiaları ilə bağlı həkim İdrak Əhmədov sualların vəkili Vüsal Hacıyev tərəfindən cavablandırılacağını deyib: “Günel Məmmədova İdrak həkimə yaxınlaşanda ilkin olaraq başqa bir həkim tərəfindən aparılmış əməliyyatın fəsadının aradan qaldırılmasını istəyib. İdrak Əhmədov 9 saata yaxın əməliyyat icra edib. Bundan sonra üstündən bir müddət keçib, Günel Məmmədova yenidən İdrak Əhmədova müraciət edib. Həkimdən pul tələb edib. İdrak Əhmədov pul verməkdən imtina etdikdən sonra Günel Məmmədova Xətai Rayon Prokurorluğuna müraciət edib. Prokurorluq tərəfindən ekspertiza rəyi təyin edilib. İdrak Əhmədovun əməlində cinayət tərkibinin olmadığı müəyyənləşdirib və qərar verilib”.

Qeyd edək ki, tərəflər arasında növbəti instansiya məhkəməsi isə dekabr ayına təyin edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv