Günlərdir davam edən səs-küy sakinləri bezdirdi: Problemin səbəbi nədir?

Günlərdir davam edən səs-küy sakinləri bezdirdi: Problemin səbəbi nədir?






presstv

"Presstv"az #Audi, #Binəqədi rayonu, #Hadisə, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsinin sakinlərinin yaxınlıqda yerləşən “Cratos Hall” restoranına məxsus generatorun səsindən nə gecəsi var, nə də gündüzü.

Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaşların sözlərinə görə, bir neçə gündür yaranan səs-küy onların həm gündəlik həyatlarına, həm də istirahətlərinə ciddi şəkildə təsir edir. Onlar dəfələrlə problemlə bağlı iradlarını bildirsələr də, məsələ həll olunmayıb. “Üç gündür bu vəziyyət davam edir. Yayda da belə bir hal baş vermişdi. O zaman şikayətimi müəssisə rəhbərinə bildirmişdim. Amma heç bir tədbir görmədilər”, – sakinlərdən biri söyləyib.

İcraçı direktor Ceyhun Piriyevin sözlərinə görə, yaranan problem qısa müddət ərzində öz həllini tapacaq: “Fors-major hadisə baş verib. Hazırda texniki işlər gedir, 2-3 saat ərzində bərpa işləri yekunlaşacaq və sakinlərin narazılığına son qoyulacaq”.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv