Azərbaycan və BMT 2026-2030-cu illərdə əməkdaşlığa dair Çərçivə Sənədi imzaladı

Azərbaycan və BMT 2026-2030-cu illərdə əməkdaşlığa dair Çərçivə Sənədi imzaladı






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Ceyhun Bayramov, #Mikayıl Cabbarov, #Planet

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan və Birləşmiş Millətlər Təşkilatı arasında 2026-2030-cu illər üçün əməkdaşlığa dair Çərçivə Sənədi imzalanıb.

presstvaz xəbər verir ki, Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) yaradılmasının 80-cı ildönümünə həsr edilmiş tədbirdə Azərbaycan Respublikası hökuməti və BMT arasında 2026-2030-cu illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi (UNSDCF) imzalanıb. Çərçivə Sənədini iqtisadiyyat naziri Mikayıl Cabbarov və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva imzalayıblar.

Sənəd qarşıdakı beş il üçün Azərbaycan və BMT arasında tərəfdaşlığın strateji istiqamətlərini müəyyən edir, dayanıqlı inkişafın təşviqi və ölkəmizdə insanların rifahının artırılması istiqamətində birgə öhdəlikləri əks etdirir.

Tədbirdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında Azərbaycan və BMT arasındakı möhkəm tərəfdaşlığın rolunu vurğulayıb. Qeyd edilib ki, Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin imzalanması insanların və planetin dayanıqlı inkişafı üçün yeni və gələcəyə yönəlmiş əməkdaşlığın başlanğıcıdır.

Xarici işlər naziri Ceyhun Bayramov BMT-nin çoxtərəfli diplomatiyanın əsas dayaqlarından biri kimi mühüm rolunu nəzərə çatdırıb. Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması, bu istiqamətdə qadınların və gənclərin hüquq və imkanlarının artırılması, humanitar təşəbbüslər və mədəniyyətlərarası dialoqun təşviqinə xüsusi önəm verdiyi qeyd edilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizlə BMT arasında uzunmüddətli və səmərəli əməkdaşlığı vurğulayıb. O, tərəfdaşlığın davamlı inkişaf üçün yeni imkanlar və ölkəmizin iqtisadi inkişaf modelini təkmilləşdirmək üçün effektiv dəstək mexanizmləri yaratdığını bildirib. Birgə fəaliyyətin yeni mərhələsi olan Çərçivə Sənədinin əvvəlki əməkdaşlıq dövrlərində əldə edilmiş nailiyyətlərə əsaslandığı və Azərbaycanın uzunmüddətli sosial-iqtisadi prioritetləri, o cümlədən insan kapitalının inkişafı, innovasiyaların, ekosistemlərin, iqlimə davamlılığın, səmərəli yaşıl keçidin təşviqi, inklüziv artımın təmin edilməsi istiqamətində səyləri ilə uzlaşdığı qeyd edilib.

Tədbirdə dövlət qurumlarının rəhbərləri, diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. İştirakçılar BMT-nin 80 il ərzində həyata keçirdiyi qlobal fəaliyyəti və Azərbaycanın Təşkilatla əməkdaşlığı çərçivəsində 2030 Gündəliyinə doğru irəliləyişi müzakirə ediblər.

Toplantıda həmçinin BMT-nin sülhün, ləyaqətin və hamı üçün firavanlığın təşviqinə həsr olunmuş 80 illik tarixini əks etdirən “Yaşayan miras” (“A Living Legacy”) adlı qısa film nümayiş etdirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv