Dövlətə xəyanətdə təqsirləndirilən İqbal Əbilovun hökmü qüvvədə saxlanıldı

Dövlətə xəyanətdə təqsirləndirilən İqbal Əbilovun hökmü qüvvədə saxlanıldı






presstv

"Presstv"az #Audi, #Dövlətə xəyanət, #Lənkəran

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Xarici ölkənin xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə təqsirləndirilən İqbal Əbilovla bağlı məhkəmə hökmündən verilən apellyasiya şikayətinə baxılıb.

presstvaz APA-ya istinadla xəbər verir ki, Şirvan Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin olunmayıb. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Qeyd edək ki, məhkəmənin hökmü ilə İqbal Əbilov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Xarici ölkədə yaşamış İqbal Əbilov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş xüsusi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələri ilə ittiham elan olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv