Asiya İnkişaf Bankından Bakı metrosuna 700 min dollarlıq TEXNİKİ YARDIM

Asiya İnkişaf Bankından Bakı metrosuna 700 min dollarlıq TEXNİKİ YARDIM






presstv

"Presstv"az #ABŞ, #ABŞ dolları, #Audi, #Azərbaycan, #Bakı, #Bakı Metropoliteni, #Dollar, #Filippin, #Günəş, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Asiya İnkişaf Bankı (ADB) “Gələcəyin ağıllı və dayanıqlı şəhər nəqliyyatının yaradılması üçün “Bakı Metropoliteni” QSC-nin dekarbonizasiyası” layihəsinin həyata keçirilməsi üçün 700 min ABŞ dolları məbləğində texniki yardımı təsdiqləyib.

presstvaz “Report”a istinadla xəbər verir ki, vəsait Təmiz Enerjinin Maliyyələşdirilməsi üzrə Tərəfdaşlıq Mexanizmi (CEFPF) çərçivəsində Təmiz Enerji Fondu vasitəsilə təmin ediləcək.

Layihənin məqsədi enerji səmərəliliyinin artırılması və “təmiz enerji” texnologiyalarının tətbiqi vasitəsilə “Bakı Metropoliteni”nin modernləşdirilməsidir.

“Göstərilən texniki yardım çərçivəsində enerji istehlakını və istismar xərclərini azaltmaq, həmçinin günəş panelləri və enerji saxlanc sistemləri (BESS) də daxil olmaqla bərpa olunan enerji mənbələrinin inteqrasiyası üçün infrastrukturun yenilənməsi imkanlarının qiymətləndirilməsi planlaşdırılır”, – deyə ADB qeyd edib.

Bundan əlavə, enerji istehlakının idarə edilməsi üzrə intellektual sistemlərin tətbiq potensialı da öyrəniləcək. Bu da məhsuldarlığın optimallaşdırılmasına, proqnozlaşdırıcı texniki xidmətin tətbiqinə imkan verəcək.

ADB qeyd edir ki, bu təşəbbüs dayanıqlı şəhər nəqliyyatı sahəsində “Bakı Metropoliteni” ilə geniş əməkdaşlığın bir hissəsi olacaq.

Xatırladaq ki, Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür və bu müddət ərzində bank ölkəyə 5 milyard ABŞ dollarından çox kredit ayırıb. Eyni zamanda, bank Azərbaycanın nəqliyyat sektorunda həyata keçirilən layihələrə 1.5 milyard ABŞ dollarından çox, enerji layihələrinə isə 1.7 milyard ABŞ dolları kredit resursları ayırıb.

ADB 1966-cı ildə təsis edilib. Onun baş qərargahı Filippinin paytaxtı Manilada yerləşir. Bankda 50-si Asiya-Sakit okean regionundan olmaqla 69 ölkə təmsil olunur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv