Sergey Lavrov: “Putin Vaşinqtonun Ukrayna ilə bağlı konsepsiyasını qəbul etməyə hazırdır”

Sergey Lavrov: “Putin Vaşinqtonun Ukrayna ilə bağlı konsepsiyasını qəbul etməyə hazırdır”






presstv

"Presstv"az #ABŞ, #Alyaska, #Audi, #Donald Tramp, #Macarıstan, #Rusiya, #Sergey Lavrov, #Ukrayna, #Vaşinqton, #Vladimir Putin, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Rusiya Prezidenti Vladimir Putin Alyaskada ABŞ lideri Donald Trampla danışıqları zamanı Ukraynada vəziyyətin Vaşinqtonun təklif etdiyi konsepsiya əsasında tənzimlənməsinə hazır olduğunu təsdiqləyib.

presstvaz xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Macarıstanın “Ultrahang” “YouTube” kanalına müsahibədə bəyan edib.

“Alyaskada Rusiya Prezidenti Putin dedi ki, Prezident Trampın xüsusi nümayəndəsinin Moskvada təqdim etdiyi və onların Ankoricdə müzakirəsini davam etdirdikləri konsepsiya və çərçivə yanaşması əsasında əməkdaşlıq etməyə hazırdır”, – deyə nazir söyləyib.

Rusiya diplomatiyasının rəhbəri qeyd edib ki, Rusiya prezidenti ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Uitkoffun gətirdiyi konsepsiyanın hər elementini olduğu kimi təkrarlayıb. “Putin Ankoric danışıqlarında Uitkoffdan (danışıqlarda o da iştirak edirdi) soruşurdu: “Bu doğrudurmu?”, “Elədirmi?”, “Hər şey təsdiqlənib?” və bu cür davam edirdi”, – deyə Lavrov bildirib.

Lavrovun sözlərinə görə, prezident bildirib ki, Moskva onların konsepsiyasını qəbul etməyə və təklif olunan əsasda praktiki baxımdan irəli getməyə hazırdır. Nazir qeyd edib ki, təklifə birbaşa cavab verilməyib. “Tərəflər təklifləri müzakirə etmək üçün fasilə götürməyə razılaşıblar”, – deyə Lavrov fikrini yekunlaşdırıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv