Gümrü merinə qarşı yeni ittiham irəli sürülüb

Gümrü merinə qarşı yeni ittiham irəli sürülüb






presstv

"Presstv"az #Audi, #Avropa, #Ermənistan, #Hadisə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gümrü meri Vardan Qukasyana qarşı yeni ittiham irəli sürülüb.

presstvaz Ermənistan KİV-ə istinadla xəbər verir ki, bu barədə onun vəkilləri məlumat veriblər.

Onlar bildiriblər ki, ittiham Qukasyanın sentyabrın 16-da və 23-də Antikorrupsiya Məhkəməsinin həyətində səsləndirdiyi bəyanatlarla bağlıdır. Onun Ermənistanın başqa dövlətlərlə ittifaq yaratmasının mümkünlüyü haqqında sözləri istintaq tərəfindən Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq “ölkənin suverenliyindən imtinaya açıq çağırışlar” kimi dəyərləndirilib.

Vəkillərin fikrincə, ittiham məsələyə siyasi rəng verməyə çalışır.

Onların bəyanatında deyilir:

“Özündə zorakılıq əlamətləri daşımayan və şəxsi fikir formasında səsləndirilən bəyanatlar beynəlxalq normalara, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin prinsiplərinə müvafiq olaraq cinayət kimi qiymətləndirilə bilməz”.

Xatırladaq ki, oktyabrın 20-də güc strukturları Gümrü meriyasında axtarışlar keçiriblər. Daha sonra məlum olub ki, Qukasyan və daha yeddi nəfər rüşvət almaqda şübhəli bilindikləri üçün saxlanılıblar. Əməliyyat zamanı merin tərəfdarları binanı əhatəyə alıblar. Hadisə yerinə polis, o cümlədən onun “qırmızı beretlər” deyilən xüsusi bölməsinin qüvvələri cəlb olunub.

Oktyabrın 21-də məhkəmə onu iki ay müddətinə həbs edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv