Azərbaycanda adı olmayan yaşayış məntəqəsi: 300 nəfər rəsmi statusdan kənarda yaşayır

Azərbaycanda adı olmayan yaşayış məntəqəsi: 300 nəfər rəsmi statusdan kənarda yaşayır






presstv

"Presstv"az #Ailə, #Audi, #Azərbaycan, #Hakim, #Uşaq bağçası, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Tovuzda təxminən 300 nəfərin yaşadığı ərazinin adı yoxdur.

presstvaz Xəzər TV-yə istinadən xəbər verir ki, bu ərazi Qəribli kənd inzibati ərazi dairəsinə tabedir. Sakinlərin sözlərinə görə, burada hələ Sovet dövründən bəri yaşayış mövcuddur. Müstəqillik illərində isə bir qrup ailə dağlıq ərazidən arana köçərək burada məskunlaşıb.

Yaşayış məntəqəsində təbii qaz, elektrik enerjisi, internet və rabitə xətləri mövcuddur. Lakin rəsmi statusunun və adının olmaması, sakinlərin gündəlik həyatını xeyli çətinləşdirir.

Sakinlər bildirirlər ki, əvvəllər burada uşaq bağçası, tibb məntəqəsi fəaliyyət göstərib, lakin indi heç biri yoxdur:

“Kəndimizin nə adı var, nə də statusu. Dəfələrlə müraciət etmişik ki, bu kəndə rəsmi ad verilsin, amma heç bir nəticə yoxdur”.

Yaşayış məntəqəsi Qəribli kəndindən təxminən 7 kilometr məsafədədir. Buna görə də sakinlər adi sənəd üçün belə uzaq məsafə qət etməli olurlar. Məktəb olmadığı üçün uşaqlar yaxınlıqdakı 140 saylı kənd məktəbində oxumağa məcburdurlar.

Məsələ ilə bağlı Tovuz Rayon İcra Hakimiyyətindən bildirilib ki, Azərbaycan Respublikasının ərazi quruluşu prinsiplərinə əsasən, kiçik ərazi vahidlərinin daha böyük inzibati vahidlərin tərkibində qalması məqsədəuyğundur. Buna görə də Qəribli kəndinin tərkibində olan həmin yaşayış məntəqəsinin ayrıca kənd kimi tanınması və adlandırılması planlaşdırılmır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv