Putin Ukrayna əsgərləri ilə bağlı tapşırıq verdi

Putin Ukrayna əsgərləri ilə bağlı tapşırıq verdi






presstv

"Presstv"az #Rusiya, #Ukrayna, #Vladimir Putin

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiya Prezidenti Vladimir Putin birləşmiş qoşun qruplaşmasının idarəetmə məntəqəsini ziyarət edərək, Baş Qərargah rəisi Valeri Gerasimov və ön cəbhə komandanları ilə müşavirə keçirib.

presstvaz xəbər verir ki, Gerasimovun hesabatına əsasən, Kupyansk istiqamətində 5 minə, Pokrovsk istiqamətində isə 5,5 minə yaxın Ukrayna hərbçisi mühasirədədir.

Putin Ukrayna hərbçilərinin təslim olması üçün təhlükəsiz şərait yaradılmasını və insan itkilərinin minimuma endirilməsini tapşırıb. O, "Rusiya ordusu hər zaman düşmənə mərhəmətlə yanaşıb, bu prinsipi qorumaq lazımdır", – deyib.

Eyni zamanda prezident Gerasimova əmr verib ki, mühasirədə qalan Ukrayna əsgərləri arasında əsassız itkilərin qarşısı alınsın.

Putin çıxışında həmçinin vurğulayıb ki, Rusiya nüvə qüvvələri dünyanın ən yüksək səviyyəsindədir və "nüvə qalxanı" tam etibarlılığını təsdiqləyib.

Prezident əlavə edib ki, "Burevestnik" adlı nüvə mühərrikli qanadlı raketin sınaqları uğurla başa çatıb, bu silah "dünyada analoqu olmayan unikal inkişaf" kimi qiymətləndirilir. /Musavat.com


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv