Maştağada 450 manata görə baş verən amansız qətlin TƏFƏRRÜATI

Maştağada 450 manata görə baş verən amansız qətlin TƏFƏRRÜATI






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Bakı, #Bakı Ağır Cinayətlər Məhkəməsi, #Cinayət işi, #Hadisə, #Hakim, #Məhkum, #Sabunçu rayonu, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda 75 yaşlı qadına qarşı quldurluq edərək, onu amansızlıqla öldürməkdə təqsirləndirilən Süleyman Cəbiyevin cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib və həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilib.

Məhkəmənin ilk baxış iclası noyabrın 7-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2025-ci il mayın 28-də Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. 75 yaşlı Jalə Əskərxanovanın meyiti mənzilində aşkar olunub. İlkin araşdırmalar onun bir neçə gün əvvəl bıçaqla öldürüldüyünü göstərib. Şübhəli şəxs kimi qonşusu, əvvəllər oğurluqda məhkum olunmuş 30 yaşlı Süleyman Cəbiyev tutulub.

İstintaqa görə, Süleyman Cəbiyev hasardan aşaraq qadının evinə girib, onun boğazından tutaraq pulların yerini soruşub və daha sonra qadına bir neçə bıçaq zərbəsi endirib. O, paltar dolabından 450 manat pul götürərək, hadisə yerindən qaçıb.

Hadisədən 4 gün sonra mərhumun yaxınları Jalə Əskərxanovanın onların zənglərinə cavab verməməsinə görə onun evinə gələrək meyitini aşkar ediblər.

Süleyman Cəbiyev ifadəsində bildirib ki, o, qonşusunu tamah məqsədilə yox, hadisədən bir neçə gün əvvəl onu söydüyü üçün öldürüb. Buna görə də qadının evinə gəlib. Məsələyə aydınlıq gətirmək istəyəndə isə qadın onu yenidən təhqir edib. Bundan sonra Süleyman Cəbiyev qadına xəsarətlər yetirib.

Süleyman Cəbiyevə qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə, o cümlədən xüsusi amansızlıqla adam öldürmə və quldurluq ittihamları irəli sürülüb.

Daha ətraflı Baku TV-nin süjetində:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv