Tailandda kraliça öldü: Ölkədə birillik matəm elan edildi

Tailandda kraliça öldü: Ölkədə birillik matəm elan edildi






presstv

"Presstv"az #Audi, #Həkim, #Tailand, #Vəfat edib

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Tailandın sabiq kraliçası, kral Maha Vaçiralonqkonun anası Sirikit 93 yaşında vəfat edib.

presstvaz xəbər verir ki, bu barədə məlumatı Tailand Kral Sarayına istinadla “Kommersant” yayıb.

Məlumatda deyilir: “Krallıqda Ülyahəzrət ana kraliça Sirikitin vəfatı ilə əlaqədar matəm elan olunur. Matəm bir il davam edəcək”.

Sirikit 2019-cu ildən xəstəxanada həkimlərin nəzarəti altında idi. 2025-ci il oktyabrın 17-də onun qan dövranında infeksiya aşkar edilib.

Bildirilir ki, ana kraliça ilə vida mərasimi ölkənin bütün sakinləri üçün açıq olacaq. Mərasim Banqkokda Kral iqamətgahının Ananda Samakhom təntənəli salonunda keçiriləcək.

Qeyd edək ki, vəfat etmiş kraliça 60 il ərzində keçmiş kral Pumipon Adulyadetin həyat yoldaşı olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv