Qazla işləyən avtomobillərin təhlükəli tərəfləri

Qazla işləyən avtomobillərin təhlükəli tərəfləri






presstv

"Presstv"az #Audi, #Avto, #avtomobillər, #Hadisə, #Qaradağ rayonu, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qaradağ rayonu ərazisində “Mercedes” markalı minik avtomobilinin qaz balonunda yanğınla müşayiət olunmayan partlayış baş verib və hadisə nəticəsində bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bəs bu cür bədbəxt hadisələrin qarşısını almaq üçün sürücülər nələrə diqqət etməlidirlər?

Təhlükəsizlik üzrə ekspert Orxan Musayevin sözlərinə görə, bəzi sürücülər qaz balonunun üzərindəki istehsal və son istifadə tarixlərinə fikir vermirlər:

“Halbuki hər bir balonun ömrü məhduddur. Qaz balonlarında metalın yorulması, iç təzyiqin artması və sızma halları zamanla təhlükə yaradır. Xüsusilə də balonun arxa hissəsində paslanma və mexaniki zədələnmə olduqda, təzyiqin düşməsi nəticəsində partlayış riski ciddi dərəcədə yüksəlir. Ümumilikdə qazla işləyən avtomobillər düzgün istismar olunduqda, təhlükəsiz hesab olunur. Amma təhlükəsizlik qaydaları və texniki xidmət intervalına ciddi şəkildə riayət olunmalıdır”.

Qeyd edək ki, Qaradağ rayonu ərazisində baş verən partlayışda xəsarət alan 44 yaşlı şəxs sağ ayağın və diz oynağının travması diaqnozu ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.

Daha ətraflı Baku TV-nin videomaterialında:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv