Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR






presstv

"Presstv"az #Audi, #Direktorların işə qəbulu, #Təhsil, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

600-ə yaxın məktəbin direktoru yoxdur. Aylardır ki, vakant yerlər boş qalıb.

presstvaz Xəzər TV-yə istinadən xəbər verir ki, məktəblərə direktorların işə qəbulu prosesinə oktyabrın 30-u saat 11:00-da start veriləcək. Namizədlər noyabrın 11-i saat 17:00-dək qeydiyyatdan keçə bilərlər.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin “İmtahan və Qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəylinin sözlərinə görə, Elm və Təhsil Nazirliyi tərəfindən yeni qaydalar təsis olunub. Artıq test imtahanı mərhələsi keçirilməyəcək. Namizədlərin əvvəlki qiymətləndirmə nəticələri, xüsusilə, sertifikatlaşdırlma prosesində toplanılan nəticələr nəzərə alınacaq. Qurum rəsmisi deyir ki, vakant yerlər 2 istiqamətdə olacaq. Şagird sayı 500-ə qədər olan məktəblər və şagird sayı 500-dən çox olan məktəblər.

Nurlan İsmayılbəyli müəllimlərin sertifikatlaşdırılması prosesindən də danışıb. Bildirib ki, cari ildə 16 mindən çox müəllim prosesi uğurla tamamlayıb. 6 mindən çox müəllim hər ay əməkhaqqına 35%, 10 mindən çox müəllim isə 10%-dən çox əlavə alır. Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbuluna gəlincə, o bildirib ki, prosesin test imtahanı mərhələsi artıq başa çatıb və keçid balları məlumdur.

Agentlik rəsmisi həmçinin qeyd edib ki, bu həftəsonu bağça müdirlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək. Bu mərhələdə müdirlərə 120 dəqiqə vaxt, 60 sual veriləcək. 1400-dən artıq rəhbər şəxs prosesə cəlb olunacaq. Prosesin nəticəsi onların əmək münasibətlərinə təsir etməyəcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv