İnsult riskinin gözlənilməz əlaməti açıqlandı – Elmi tədqiqat

İnsult riskinin gözlənilməz əlaməti açıqlandı – Elmi tədqiqat






presstv

"Presstv"az #ABŞ, #Araşdırma, #Audi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Alimlər diş əti sağlamlığı ilə beyin vəziyyəti arasında birbaşa əlaqə aşkar ediblər.

presstvaz xəbər verir ki, ABŞ-nin Cənubi Karolina Universitetinin “Neurology Open Access” jurnalında dərc olunan araşdırmasına görə, diş əti iltihabı olan yetkinlərdə beyinin ağ maddəsinin zədələnməsinə əhəmiyyətli dərəcədə daha çox rast gəlinir.

Araşdırmada orta yaşı 77 olan 1 143 insan iştirak edib. Stomatoloji müayinədən sonra 800 iştirakçıda diş əti xəstəliyi diaqnozu qoyulub. MRT müayinəsi göstərib ki, diş ətində iltihab olan insanlarda ağ maddənin zədələnməsinin həcmi orta hesabla 2.83% təşkil edib, diş əti sağlam olanlarda isə bu göstərici 2.52% olub.

Risk faktorları nəzərə alındıqdan sonra məlum olub ki, diş əti xəstəlikləri olan insanlarda ciddi beyin zədələnməsi ehtimalı 56% daha yüksəkdir.

“Bizim məlumatlarımız təsdiq edir ki, ağız boşluğu sağlamlığı beyin sağlamlığı ilə sıx bağlı ola bilər”, – deyə tədqiqatın müəllifi professor Suvik Sen qeyd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv