Gələn il təhsil xərclərinə 5 milyard manatdan çox vəsait ayrılacaq

Gələn il təhsil xərclərinə 5 milyard manatdan çox vəsait ayrılacaq






presstv

"Presstv"az #Audi, #Peşə təhsili, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Növbəti il üzrə təhsil xərclərinə 5015.9 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılır.

presstvaz “Report”a istinadən xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Sənədə əsasən, bu da 2025-ci illə müqayisədə 78.6 milyon manat və ya 1.6 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 625.8 milyon manat və ya 14.3 faiz çoxdur.

Xərc bölməsi üzrə proqnozlaşdırılan vəsaitin 2414.8 milyon manatı və ya 48.1 faizi ümumi təhsil xərclərinə, 796.1 milyon manatı və ya 15.9 faizi ali təhsil və dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsinə, 468.2 milyon manatı və ya 9.3 faizi məktəbəqədər təhsil xərclərinə, 94.2 milyon manatı və ya 1.9 faizi orta ixtisas təhsili xərclərinə, 105.5 milyon manatı və ya 2.1 faizi peşə təhsili xərclərinə, 97.1 milyon manatı və ya 1.9 faizi məktəbdənkənar təhsil müəssisələrinin (idman məktəbləri və s.) xərclərinə, 28.2 milyon manatı və ya 0.6 faizi əlavə təhsil və tətbiqi tədqiqatlara, 1011.8 milyon manatı və ya 20.2 faizi təhsil sahəsində digər müəssisə və tədbirlərlə bağlı xərclər üçün nəzərdə tutulub.

2025-ci illə müqayisədə ümumi təhsil xərcləri 67.3 milyon manat və ya 2.9 faiz, məktəbəqədər təhsil xərcləri 0.7 milyon manat və ya 0.2 faiz, peşə təhsili xərcləri 23.2 milyon manat və ya 28.3 faiz artımla proqnozlaşdırılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv