NASA yeni Ayın Yerin yanına çatacağı tarixi təsdiqlədi

NASA yeni Ayın Yerin yanına çatacağı tarixi təsdiqlədi






presstv

"Presstv"az #ABŞ, #Günəş, #Kosmos, #Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA), #Planet, #Yer kürəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Yer kürəsinin hazırda iki peykinin olduğunu təsdiqləyib. İkinci Ay 2083-cü ilə qədər planetimizin yanında olacaq.

presstvaz xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Havay adalarındakı “Pan-STARRS” rəsədxanasının mütəxəssisləri keçən ay ilk dəfə “2025 PN7” adlı kvazilunun mövcudluğunu elan ediblər.

Qeyd olunub ki, bu, əslində 1960-cı illərdən bəri planetimizə bənzər trayektoriya üzrə Günəş ətrafında fırlanan bir asteroiddır.

Adi gözlə görünən Aydan fərqli olaraq, bu obyekt yalnız güclü teleskoplarla görünür. Belə görünə bilər ki, o, Yer ətrafında fırlanır, lakin “2025 PN7” planetimizlə qravitasiya əlaqəsinə malik deyil və nəticədə açıq kosmosa geri qayıdacaq.

“Otuz ildən çox müddət keçdikdən sonra belə obyektlərin təbii olduğu və Yer-Ay sisteminin Günəş ətrafında fırlandığı ərazini tutan ikinci asteroid kəmərini təmsil etdiyi geniş qəbul edilir”, – deyə Madrid Komplutense Universitetindən Karlos de la Fuente Markos bildirib.

O əlavə edib ki, yeni kvazilun kiçik və zəifdir, buna görə də onun bu qədər uzun müddət görünməz qalması təəccüblü deyil.

“2025 PN7” Yerdən geniş məsafə diapazonunda yerləşir – 2.8 milyon mil (4.5 milyon km) ilə 37 milyon mil (59 milyon km) arasında.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv