İnformasiya strukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikası qaydası müəyyənləşib

İnformasiya strukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikası qaydası müəyyənləşib






presstv

"Presstv"az #Audi, #Nazirlər Kabineti, #Nəqliyyat, #Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ölkə səviyyəsində informasiya strukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikası həyata keçirilməsi qaydaları təsdiqlənib.

presstvaz xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.

Qərara əsasən, qaydalar dövlət orqanlarının, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, dövlət adından yaradılan publik hüquqi şəxslərin, digər büdcə təşkilatlarının, yerli özünüidarəetmə orqanlarının, habelə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin internet informasiya ehtiyatı vasitəsilə könüllü ötürülən məlumatlar əsasında sahibkarlıq subyektlərinin (kiçik, orta və iri) informasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikasının həyata keçirilməsi qaydalarını müəyyən edir.

Qaydalar əldə edilməsi məhdudlaşdırılmış informasiyanı ehtiva edən informasiya ehtiyatlarına və sistemlərinə, habelə kritik informasiya infrastrukturu obyektlərinə həmin sahələri tənzimləyən normativ hüquqi aktlara uyğun olaraq tətbiq olunur.

Qaydalar ali kateqoriya dövlət orqanlarına, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanlarına, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektlərinə şamil edilmir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv