“Yuventus”la oyundan sonra Arda Gülerin ən yaxşı oyunçu seçilməsi xəbərinə MARAQLI REAKSİYA

“Yuventus”la oyundan sonra Arda Gülerin ən yaxşı oyunçu seçilməsi xəbərinə MARAQLI REAKSİYA






presstv

"Presstv"az #"Real Madrid", #Fransa, #Futbol, #Kilian Mbappe, #Təbrik, #Türkiyə, #UEFA Çempionlar Liqası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Bu qələbədən sonra özümü fantastik hiss edirəm. Komanda yoldaşlarımı təbrik edirəm və bizi dəstəkləməyə gələn azarkeşlərə minnətdarlığımı bildirirəm. Yaxşı oynadıq və üç xal qazandıq”.

presstvaz xəbər verir ki, bu sözləri “Real Madrid”in futbolçusu Arda Güler UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsinin 3-cü turunda “Yuventus”la qarşılaşmadan sonra deyib.

UEFA tərəfindən matçın ən yaxşı futbolçusu seçilən türkiyəli yarımmüdafiəçi bildirib: “Baş məşqçimiz Xabi Alonsonun etibarı sayəsində özümü “Real Madrid”in vacib bir hissəsi kimi hiss edirəm. Həm 10, həm də 8 nömrə kimi oynaya bilirəm. Məşqçi məndən tempi idarə etməyi və yaradıcı olmağımı xahiş edir. Bu matçda yaxşı oynadım”.

Arda Güler ​​komanda yoldaşı Kilian Mbappe haqqında fikirlərini də bölüşüb. Türkiyəli futbolçu fransalı forvardla münasibətlərinin çox yaxşı olduğunu bəyan edib:

“Kilianla həm meydanda, həm də meydandan kənarda əla münasibətim var. O, gözəl insandır”.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsinin 3-cü turunda “Real Madrid” öz meydanında “Yuventus”u 1:0 hesabı ilə məğlub edib. Arda qarşılaşmanın “ən yaxşı oyunçusu” adına layiq görülüb. Onun bu ada layiq görülməsi xəbərinə reaksiyası sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv