“Meta” 600-ə yaxın süni intellekt mühəndisini işdən çıxaracaq

“Meta” 600-ə yaxın süni intellekt mühəndisini işdən çıxaracaq






presstv

"Presstv"az #Dollar, #Süni intellekt, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Meta” süni intellektlə bağlı layihələrdə iştirak edən təxminən 600 əməkdaşı ixtisar etməyi planlaşdırır.

presstvaz xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.

Nəşrin daxili qeydə istinadən verdiyi məlumata görə, bu tədbir şirkətin süni intellekt inkişafına böyük investisiyalar etdiyi bir vaxtda bürokratiyanı azaltmaq və daxili proseslərin çevikliyini artırmaq məqsədi daşıyır.

Mənbələrin məlumatına görə, işdən çıxarılmalar süni intellekt infrastrukturu, fundamental tədqiqatlar və tətbiqi məhsullar üzərində işləyən mütəxəssislərə təsir edəcək. Bununla yanaşı, “Meta” əməkdaşların bir hissəsini korporasiya daxilində başqa vəzifələrə köçürməyi planlaşdırır. Şirkətin nümayəndəsi bu optimallaşdırma haqqında məlumatı təsdiqləyib.

Eyni zamanda, “Meta” strateji əhəmiyyət daşıyan istiqamətlərdə iştirakını genişləndirməyə davam edir. Bildirilir ki, “Superintellekt” sistemlərinin işlənib hazırlanması ilə məşğul olan yeni “TBD Lab” bölməsinə işə qəbul davam edir.

Xatırladaq ki, son illərdə “Meta” süni intellekt seqmentinə milyardlarla dollar investisiya yatırıb. Xüsusilə, 2025-ci ilin yayında şirkət “Scale AI” startapına 14.3 milyard dollar ayırıb, bundan sonra startapın həmtəsisçisi və baş direktoru Aleksandr Van “Meta”da süni intellekt üzrə direktor təyin edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv