“Uşaqlar 3 gün soyuqda qaldılar” – Gəncə sakini qazın olmamasından şikayət etdi

“Uşaqlar 3 gün soyuqda qaldılar” – Gəncə sakini qazın olmamasından şikayət etdi






presstv

"Presstv"az #"Azəriqaz", #Ailə, #ASAN xidmət, #Audi, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gəncə sakini Urfan Qasımov qaz problemindən şikayətçidir.

İllərdir qazsız qalan Gəncə sakini aidiyyəti qurumlardan kömək istəyir: “Qaldığım evdə işıq, su var, amma qaz yoxdur. Evin çıxarışı olmadığı üçün qaz çəkilmir. İşıq pulu 1 500 manata kimi yazdı, qış ayında gəlib işığımı kəsdilər, uşaqlar 3 gün soyuqda qaldılar. Balalarım xəstələnir, üşüyürlər. Anası atıb gedib, 5 uşağa tək baxıram”, – deyə Urfan Qasımov bildirib.

“Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, fərdi yaşayış evinin qazlaşdırılması üçün vətəndaş müvafiq sənədləri ilə “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müraciət etməlidir: “Əgər tələb olunan sənədlər qaydasındadırsa, texniki şərt hazırlanaraq vətəndaşa təqdim olunur. Vətəndaş isə onun əsasında xüsusi lisenziyası olan podratçılarla anlaşaraq fərdi yaşayış evlərini maddi vəsait hesabına qazlaşdırır”.

Daha ətraflı Baku TV-nin videomaterialında:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv