İcbari tibbi sığortada dəyişiklik: İşsizlər də gələn ildən ödəniş edəcəklər

İcbari tibbi sığortada dəyişiklik: İşsizlər də gələn ildən ödəniş edəcəklər






presstv

"Presstv"az #Audi, #Həkim, #Minimum əməkhaqqı, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2026-cı ildə dövlət büdcəsindən İcbari Tibbi Sığorta Fonduna ayrılan vəsaitin əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə azalacağı nəzərdə tutulub.

Belə ki, büdcədən Fonda 900 milyon manatın ayrılması planlaşdırılır ki, bu da 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 516 milyon 405 min manat və ya 36.5 faiz azdır.

Dövlət büdcəsindən ayrılan vəsaitin azalması Fonda digər mənbələrdən daxil olan vəsaitin artacağına işarə edir. İşəgötürən və işçi tərəfindən ödənilən sığorta haqqının artırılacağı barədə isə məlumat yoxdur. Məlum olan budur ki, 2026-cı ildən icbari tibbi sığortanın xidmətlərindən yararlanmaq üçün bəzən sığorta haqqı ödəmək kifayət etməyəcək.

Belə ki, “Tibbi sığorta haqqında” Qanuna görə, ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ixtisaslaşdırılmış həkim müayinəsi ilə bağlı tibbi xidmətlərdən istifadə etdikdə, şəxs bunun üçün əlavə ödəniş etməli olacaq. Ən əsası isə Qanuna görə, heç bir yerdə işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər 2026-cı ildən icbari tibbi sığortanın xidmətlərindən istifadəyə görə ödəniş edəcəklər.

Söhbət ondan gedir ki, indiyədək həmin şəxslər bu xidmətlərdən dövlət vəsaiti hesabına istifadə edirdilər. Bəs işləməyən şəxslər üçün illik icbari tibbi sığorta haqqı nə qədər olacaq? İqtisadçı Xalid Kərimli bildirib ki, işləməyən şəxslər icbari tibbi sığorta sistemindən faydalanmaq üçün 2026-cı ilin yanvarın 1-dən minimum əməkhaqqının 48 faizi qədər ödəniş etməlidirlər.

Hazırda minimum aylıq əməkhaqqının 400 manat olmasını nəzərə aldıqda sözügedən məbləğ illik 192 manat təşkil edəcək. Əks təqdirdə, hər bir tibbi xidmətdən istifadəyə ödəniş edilməlidir. Hazırda təkcə ixtisaslı həkim müayinəsinin qiyməti 38 manat təşkil edir.

Daha ətraflı Baku TV-nin videomaterialında:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv