Azərbaycanda 300 şirkət təsis edən iş adamlarına HÖKM OXUNDU

Azərbaycanda 300 şirkət təsis edən iş adamlarına HÖKM OXUNDU






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Bakı, #Bakı Ağır Cinayətlər Məhkəməsi, #Cinayət işi, #Hakim, #Maliyyə Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda ittiham edilən iş adamları Emil Qulubəyov və Nəriman Laziminin məhkəmə araşdırması yekunlaşıb.

presstvaz xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edərək hər iki təqsirləndirilənin 8 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Müdafiə tərəfi isə müvəkkillərinə bəraət verilməsini istəyib.

Müşavirədən sonra məhkəmə hökmü elan edərək hər iki şəxs barəsində ittiham verilmiş Cinayət Məcəlləsinin 193-1.2.3-cü maddəsi sübuta yetirilmədiyi üçün bəraət verilib. Təqsirləndirilənlərin ittiham olunduğu CM-nin 179.2.3-cu maddəsi ilə cəza təyin edilərək Emil Qulubəyov 3 il 5 ay 25 gün, Nəriman Lazimi isə 7 il azadlıqdan məhrum edilib.

İttihama əsasən, təqsirləndirilən şəxslər 300-ə yaxın formal şirkət yaradaraq müxtəlif maliyyə əməliyyatları həyata keçiriblər.

Məlumata görə, Emil Qulubəyov “Spektr-R” MMC-nin rəhbəri olub. Şirkət 5 may 2017-ci ildə qeydiyyata alınıb, nizamnamə kapitalı isə 2 manat göstərilib.

Nəriman Lazimi isə “Kondor TS” MMC-nin rəhbəri kimi fəaliyyət göstərib. Bu şirkət 24 aprel 2010-cu ildə qeydiyyata alınıb və nizamnamə kapitalı 10 manat göstərilib.

Onların barəsində Cinayət Məcəlləsinin 193-1.2.3 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma – qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 179.2.3-cu (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanılaraq ittiham irəli sürülüb

İş üzrə Maliyyə Nazirliyi zərərçəkmiş şəxs qismində tanınıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv