Rusiya XİN: “Kiyev Zaporojye AES üçün təhlükəsizlik zəmanəti verdi”

Rusiya XİN: “Kiyev Zaporojye AES üçün təhlükəsizlik zəmanəti verdi”






presstv

"Presstv"az #Audi, #Kiyev, #Rusiya, #Rusiya XİN, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gərgin müzakirələrdən sonra Zaporojye Atom Elektrik Stansiyasının normal xarici elektrik təchizatının bərpası üçün Kiyevdən təhlükəsizlik zəmanəti əldə etmək mümkün olub.

presstvaz xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN-ə istinadla “RİA Novosti” yayıb.

Nazirlikdən bildiriblər ki, müvafiq zəmanətlər olmadan elektrik xəttində bərpa işlərinin həyata keçirilməsi mümkün deyildi. Uzun və çətin məsləhətləşmələrdən sonra Ukrayna tərəfindən təhlükəsizlik zəmanətləri əldə etmək mümkün olub.

Zaporojye AES-in ehtiyacları üçün elektrik təchizatı ehtiyat generatorlar hesabına həyata keçirilib.

Rusiya tərəfi stansiyanın normal xarici elektrik təchizatını bərpa etmək üçün MAQATE-nin baş direktoru Rafael Qrossidən sükut rejiminin yaradılmasına yardım göstərməsini xahiş edib.

Zaporojye AES-in sonuncu xarici elektrik təchizatı xətti sentyabrın 23-də Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində zədələnib. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, oktyabrın 18-dən Zaporojye AES ətrafında sükut rejimi yaradılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv