Bu il ölkəyə gələn əcnəbilərin sayı azalıb

Bu il ölkəyə gələn əcnəbilərin sayı azalıb






presstv

"Presstv"az #ABŞ, #Almaniya, #Avropa, #Azərbaycan, #Belarus, #Çin, #Gürcüstan, #Hindistan, #İran, #İsrail, #İtaliya, #Kanada, #Niderland, #Özbəkistan, #Pakistan, #Qazax, #Qazaxıstan, #Qırğızıstan, #Rusiya, #Səudiyyə Ərəbistan, #Səudiyyə Ərəbistanı, #Tacikistan, #Türkiyə, #Ukrayna, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasına 1 milyon 948.2 min əcnəbi və vətəndaşlığı olmayan şəxs daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.8% azdır.

presstvaz rəsmi statistikaya istinadən xəbər verir ki, ötən illə müqayisədə ən çox artım Tacikistandan (1.9 dəfə), İsraildən (1.8 dəfə), Yaponiyadan (1.6 dəfə), Çindən (1.5 dəfə) və İordaniyadan (1.5 dəfə) müşahidə olunub. Həmçinin Qırğızıstan (35.7%), Özbəkistan (31.6%), Qazaxıstan (19.4%), ABŞ, Kanada və Niderland (hər biri 16.3%), Almaniya (15.2%), Pakistan və İtaliya (hər biri 15.1%), Koreya Respublikası (10.3%) üzrə artım qeydə alınıb.

Gələnlərin ölkələr üzrə payı belə olub: Rusiya Federasiyası – 24.8%, Türkiyə – 17.1%, İran – 7.9%, Hindistan – 6.8%, Səudiyyə Ərəbistanı – 4.5%, Gürcüstan – 4.2%, Qazaxıstan – 4.0%, Pakistan – 3.4%, Çin – 2.6%, Özbəkistan və İsrail – hər biri 2.3%, BƏƏ – 1.6%, Ukrayna – 1.4%, Türkmənistan və Küveyt – hər biri 1.2%, Belarus – 1.1%, qalan 13.6% digər ölkələrdən gəlmişdir. Gələnlərin 66.3%-i kişilər, 33.7%-i qadınlar təşkil edib.

2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə Avropa İttifaqı ölkələrindən gələnlərin sayı 8.5% artaraq 88.8 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 4.9% azalaraq 321.1 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 7.2% enərək 669.8 min nəfər, digər ölkələrdən gələnlərin sayı isə 3.1% artaraq 868.5 min nəfər təşkil edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv