Xarkova dron zərbəsi: Uşaq bağçasında yanğın baş verib, ölən və yaralananlar var

Xarkova dron zərbəsi: Uşaq bağçasında yanğın baş verib, ölən və yaralananlar var






presstv

"Presstv"az #Audi, #Hadisə, #Həkim, #Rusiya, #Ukrayna, #Uşaq bağçası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiya hərbçiləri Ukraynanın Xarkov vilayətinə, eləcə də özəl uşaq bağçasına dron zərbəsi endirib.

presstvaz-ın xəbərinə görə, bu barədə Xarkov meri İqor Terexov özünü “Telegram” kanalında məlumat verib.

“Xolodnoqorski rayonunda özəl uşaq bağçasına zərbə dəyib, uşaqlar yaralanıb. Zərbə yerində yanğın baş verib”, – deyə o qeyd edib.

Xarkov vilayətinin regional hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov Rusiyanın hücumu nəticəsində 4 nəfərin xəsarət aldığını bildirib.

“Onlardan ən azı ikisinin vəziyyəti ağırdır. Həkimlər hadisə yerində işləyirlər”, – deyə o nəzərə çatdırıb.

Sinequbov daha sonra əlavə edib ki, hücum nəticəsində 40 yaşlı kişi ölüb. Hazırda daha 5 nəfərin yaralandığı məlumdur.

Həmçinin Xarkov merinin sözlərinə görə, bütün uşaqlar artıq bağçadan təxliyə ediliblər, lakin yanğın davam edir.

Terexov bildirib ki, zərbə, çox güman ki, dron vasitəsilə həyata keçirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv