Mərkəzi Bank: Mənzil bazarında köpükləmə müşahidə edilmir

Mərkəzi Bank: Mənzil bazarında köpükləmə müşahidə edilmir






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Azərbaycan Mərkəzi Bankı (AMB), #Mənzil bazarı, #Mətbuat konfransı, #Qiymət artımı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Mərkəzi Bankı (AMB) mənzil bazarında köpükləmə müşahidə etmir.

presstvaz xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov pul siyasətinə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu ildən etibarən mənzil bazarının qiymətləri təhlil olunur və nəzarət altındadır. Hazırda qiymət artımı 10.9% təşkil edir. Tələb amili və xərc artımı bazarda qiymətlərin yüksəlməsində rol oynayır.

Taleh Kazımov vurğulayıb ki, Mərkəzi Bankın baxışı ipoteka portfelinin sektorda artmasını təmin etməkdir. Bunun üçün bir neçə təşəbbüs müzakirə olunub ki, əlavə məhsullar yaradılaraq əhalinin mənzil alma imkanları artırılsın.

Baş bankir, həmçinin qeyd edib ki, həm sosial, həm də iqtisadi baxımdan ipoteka portfelinin artması vacibdir və hazırda mənzil bazarında “köpükləmə” müşahidə edilmir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv