Bakıda yüzlərlə şagirdi olan məktəbin işığı yanmır, suyu da gəlmir: Təhsil ocağına gələn xətlər elektrik dirəyindən sallanır

Bakıda yüzlərlə şagirdi olan məktəbin işığı yanmır, suyu da gəlmir: Təhsil ocağına gələn xətlər elektrik dirəyindən sallanır






presstv

"Presstv"az #Audi, #Bakı, #Bakı Şəhəri üzrə Təhsil İdarəsi, #Orta məktəb, #Suraxanı rayonu, #Təhsil, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Su kəsilib, məktəbin sanitar qovşaqları daşınma su ilə təmizlənir. Dərsləri elektron lövhələrlə keçmək mümkün deyil. Çünki, minə yaxın şagirdi olan bu təhsil ocağında – paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən 327 nömrəli tam orta məktəbdə, iki həftədir, elektrik enerjisi kəsilib.

presstvaz Xəzər TV-yə istinadən xəbər verir ki, valideynlər deyirlər ki, uşaqlar antisanitariya şəraitində təhsil alırlar. Biz həm onların sağlamlığından, həm də keyfiyyətsiz aldıqları təhsildən narahatıq, bu vəziyyət onların imtahan nəticələrinə də təsir edəcək.

Məktəbə gələn xətlər elektrik dirəyindən ayrılıb, təhlükəli vəziyyətdə aşağı sallanır.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətindən bildirilib ki, məsələnin onlara aidiyyəti yoxdur. Problem məktəbin özünün şəbəkəsinə aiddir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirildi ki, 327 saylı tam orta ümumtəhsil məktəbində elektrik enerjisinin verilməsində yaranmış fasilə ilə bağlı aidiyyəti üzrə müvafiq qurumlara müraciət olunub.

Məsələnin həll edilməsi üçün zəruri tədbirlər həyata keçirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv