“Real Madrid”in baş məşqçisi Arda Gülər ​​və Kənan Yıldızı təriflədi

“Real Madrid”in baş məşqçisi Arda Gülər ​​və Kənan Yıldızı təriflədi






presstv

"Presstv"az #"Real Madrid", #Audi, #Futbol, #Mətbuat konfransı, #Türkiyə, #UEFA Çempionlar Liqası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Real Madrid”in baş məşqçisi Xabi Alonso Türkiyə yığmasının iki futbolçusu – Arda Gülər ​​və Kənan Yıldızın ünvanına xoş sözlər söyləyib.

presstvaz xəbər verir ki, ispan çalışdırıcı UEFA Çempionlar Liqasının “Real Madrid” – “Yuventus” oyunundan əvvəl təşkil olunan mətbuat konfransında maraqlı açıqlamalar verib.

Alonso “Arda Gülərin performansı klubun keçmiş futbolçusu Məsut Özilin oyun tərzinə bənzəyirmi” sualına belə cavab verib: “Ardanın oyun tərzi Özil və Qutinin qarışığıdır. Quti oyun qurmaq və son ötürməni vermək bacarığına sahib idi. Məsut da eyni stildə çıxış edirdi”.

“Real”ın çalışdırıcısı bildirib ki, “Yuventus” çox təhlükəli komandadır və görüşdə diqqətli olacaqlar: “Turin təmsilçisi həm keçmişdə, həm də indi əla komandadır. Onların çox yaxşı oyunçuları var. Bunlardan biri də Kənan Yıldızdır. O, çox inkişaf edib. Mən onu yaxşı tanıyıram. Onun inkişafını görməkdən çox məmnunam”.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin “Real Madrid” – “Yuventus” oyunu sabah Madridin “Santyaqo Bernabeu” stadionunda baş tutacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv