Tramp Ukrayna müharibəsinin həlli üçün öz prioritetini açıqladı: Söhbət raket tədarükündən getmir

Tramp Ukrayna müharibəsinin həlli üçün öz prioritetini açıqladı: Söhbət raket tədarükündən getmir






presstv

"Presstv"az #ABŞ, #Audi, #Avropa, #Donald Tramp, #Kiyev, #Müharibə, #Münaqişə, #Ukrayna, #Volodimir Zelenski

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə ona başa salıb ki, onun əsas prioriteti Ukrayna üçün “Tomahawk” raketlərinin tədarükü deyil, bu qanlı müharibənin dayandırılmasıdır.

presstvaz xəbər verir ki, bu barədə “Wall Street Journal” nəşri adları çəkilməyən ABŞ, Ukrayna və Avropa rəsmilərinə istinadla yazır.

Nəşr yazır: “Tramp Zelenskiyə bildirib ki, onun əsas prioriteti müharibənin dayandırılmasıdır. O, aydın şəkildə başa salıb ki, ərazilər məsələsi ilə bağlı hər hansı bir konkret nəticəyə köklənməyib”.

ABŞ lideri, həmçinin Zelenskiyə bildirib ki, Kiyev yaxın gələcəkdə ABŞ-dən “Tomahawk” qanadlı raketləri alacağına ümid bəsləməməlidir.

Vurğulanır ki, Tramp danışıqlar zamanı hərbi dəstəklə bağlı vədlər verməyib, diqqəti tezliklə sülhə nail olmağın vacibliyinə yönəldib. ABŞ lideri vurğulayıb ki, onun üçün ən vacib məsələ münaqişəni qısa müddətdə yoluna qoymaqdır. Kiyevin Donbasa nəzarəti geri qaytarmaq istəyi isə onun üçün prioritet deyil.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv