Azərbaycan niyə ürək çatışmazlığına görə ön sıralardadır? – Həkimdən açıqlama

Azərbaycan niyə ürək çatışmazlığına görə ön sıralardadır? – Həkimdən açıqlama






presstv

"Presstv"az #Audi, #Avropa, #Azərbaycan, #diabet, #Futbol, #Həkim, #Özbəkistan, #Qida məhsulları, #Qırmızı ət, #Sağlam həyat tərzi, #Sağlamlıq, #Siqaret, #Tacikistan, #Təhsil, #Türkiyə, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan ürək çatışmazlığından ölüm hallarına görə dünyada üst pillələrdə yer alan ölkələr sırasındadır. “World Life Expectancy” portalının məlumatına əsasən, ölkəmiz koronar ürək xəstəliklərindən ölüm göstəricisinə görə, ikinci yerdə qərarlaşıb. Siyahıya Tacikistan başçılıq edir, ilk beşlikdə isə Azərbaycan, Özbəkistan, Ukrayna və Oman da yer alır.

Ötən illərdə də buna oxşar statistikada yer almışıq.

Bəs görəsən, sözügedən statistikada aşağı pillələrə düşmək üçün nə etməliyik? Sağlamlığımızı necə qorumalıyıq?

Çoxsaylı uğurlu əməliyyatları ilə tanınan ürək-damar cərrahı Rauf Yusifov mövzu ilə bağlı presstvaz-a danışıb.

Azərbaycan niyə ürək çatışmazlığına görə ön sıralardadır? - Həkimdən açıqlama

Mütəxəssisin sözlərinə görə, ürək-damar xəstəliklərinin geniş yayılması bir neçə əsas risk amili ilə bağlıdır:

“Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, Azərbaycanda arterial hipertenziyanın yayılma səviyyəsi 42 faiz təşkil edir. Müqayisə üçün, Türkiyədə bu göstərici 30, Avropa üzrə orta göstərici isə 35 faizdir. Arterial hipertenziya uzunmüddətli dövrdə həm miokard infarktı, həm də insult riskini artırır. Bundan əlavə, 15 yaşdan yuxarı əhalinin 19.1 faizi, kişilərin isə təxminən 40 faizi siqaret çəkir. Uzunmüddətli siqaret istifadəsi damar divarında aterosklerozun yaranmasını sürətləndirir.

Həmçinin, Azərbaycanda bir nəfərin gündəlik duz istehlakı orta hesabla 10 qramdan çoxdur. Halbuki ÜST-nin tövsiyəsinə görə, bu rəqəm 5 qramdan az olmalıdır. Artıq duz istifadəsi arterial təzyiqin və ürək çatışmazlığının yaranma riskini artırır”.

Ekspert əlavə edib ki, fiziki hərəkətsizlik artıq çəki, şəkərli diabet və hipertenziya riskini yüksəldir:

“Yağlı, karbohidratlı, qızardılmış və ət tərkibli yeməklərin çoxluğu qanda “pis xolesterin” (LDL) səviyyəsini artırır və damarların tıxanmasına səbəb olur.

Azərbaycan dünya üzrə ön sıralarda olmasa da, adambaşına illik spirtli içki istehlakı nisbətən yüksəkdir. Bu da həm arterial təzyiqin, həm də xolesterin səviyyəsinin artmasına gətirib çıxarır”.

R.Yusifov ürək-damar xəstəliklərinin qarşısını almağın yollarından da danışıb:

“Mütləq şəkildə duz istifadəsini azaltmaq və siqareti tamamilə tərgitmək lazımdır. Yağlı və qızardılmış yeməklərin qəbulunu məhdudlaşdırmaq, qırmızı ət istehlakını həftədə üç dəfədən çox etməmək tövsiyə olunur. Gündə 1-2 porsiya meyvə və bol tərəvəz qəbul etmək sağlamlıq üçün daha faydalıdır. Həmçinin bədən çəkisinə nəzarət edilməli, fiziki aktivlik artırılmalıdır.

Məsələn, yüngül məşqlər üçün asta gəzinti, yoqa və ya hər gün 45 dəqiqə velosiped sürmək faydalıdır. Orta dərəcəli məşqlər üçün üzgüçülük, pilates, orta tempdə gəzinti – həftədə 5 gün, hər dəfə 30 dəqiqə olmaqla tövsiyə edilir. Ağır məşqlər üçün isə qaçış, basketbol, futbol və s. idman növləri həftədə 3 dəfə, ümumilikdə 75 dəqiqəni keçməməlidir.

Qeyd etmək lazımdır ki, işemik ürək xəstəliyi (stent və ya şunt əməliyyatı keçirmiş şəxslər) olan xəstələrə ağır fiziki yüklənmə tövsiyə edilmir. Bundan başqa, peşəkar idmançı olmayan insanlar üçün normadan artıq məşq sağlamlıq baxımından məqsədəuyğun sayılmır”.

R.Yusifov vurğulayıb ki, son illərdə icbari tibbi sığorta sisteminin tətbiqi nəticəsində əhali üçün tibbi xidmət daha əlçatan olub.

Onun fikrincə, xəstəliklərin qarşısını almağın ən təsirli yolu erkən diaqnoz və erkən müalicədir:

“Bu səbəbdən əhalinin maarifləndirilməsi və xəstəliklərə laqeyd yanaşmanın təhlükələri barədə məlumatlandırılması vacibdir. Duz istehlakının azaldılması ilə bağlı milli proqramlar hazırlanmalıdır. Siqaret istifadəsinin azaldılması məqsədilə məsləhət mərkəzləri və qaynar xətlərin yaradılması labüddür. Qida məhsullarının üzərində sağlamlığa təsir dərəcəsini göstərən məlumatların yerləşdirilməsi, məktəb və iş yerlərində sağlam həyat tərzi ilə bağlı maarifləndirici sessiyaların təşkili mühüm əhəmiyyət daşıyır. Həmçinin arterial təzyiq və diabetin erkən aşkarlanması üçün mütəmadi skrininq proqramlarının həyata keçirilməsi vacibdir”.

Ekspert sonda əlavə edib ki, təhsil və maarifləndirmə də ürək-damar xəstəlikləri ilə mübarizədə böyük önəm daşıyır:

“Mediada xəstəliklərin profilaktikasına dair geniş izahlı, qeyri-reklam xarakterli maarifləndirici verilişlərin təşkili vacibdir. Məktəblərdə “fast-food” və şəkərli, energetik içkilərin zərərləri barədə tədris proqramlarının tətbiqi, tibbi təhsilin keyfiyyətinin artırılması və ixtisaslı həkim kadrlarının hazırlanması da prioritet məsələlər sırasındadır”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv