Mbappe 11 ildən sonra Ronaldunun “Real”da nadir nailiyyətini təkrarladı

Mbappe 11 ildən sonra Ronaldunun “Real”da nadir nailiyyətini təkrarladı






presstv

"Presstv"az #Audi, #Futbol, #İspaniya, #Kilian Mbappe, #Kriştianu Ronaldu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Real”ın fransız hücumçusu Kilian Mbappe 11 il sonra portuqaliyalı Kriştianu Ronaldunun Madrid klubunda nadir nailiyyətini təkrarlayıb.

presstvaz xəbər verir ki, bu barədə “Championat” məlumat yayıb.

İspaniya çempionatının doqquzuncu turu çərçivəsində “Real” klubu “Xetafe”ni 1:0 hesabı ilə məğlub edib. Bu oyunda yeganə qolu 80-ci dəqiqədə Mbappe vurub. Bu, futbolçunun İspaniya çempionatının cari mövsümündə artıq onuncu qoludur. Onun hesabında, həmçinin iki məhsuldar ötürmə var.

Mbappe 2014/15 mövsümündən bəri La Liqanın ilk doqquz turunda on və daha çox qol vuran “Real”ın ilk futbolçusu olub. Ronaldu həmin mövsümdə eyni müddət ərzində 17 dəfə fərqlənib.

Ötən mövsümdə Mbappe İspaniya çempionatında 31 qol vuraraq “Qızıl Buts”un sahibi olub. Fransız bütün turnirlərdə 39 dəfə fərqlənərək debüt mövsümündə qol sayına görə rekord qırıb. Bu göstəriciyə görə əvvəlki rekordçu 1992/93 mövsümündə 37 dəfə fərqlənmiş çilili hücumçu İvan Samorano olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv