İdeyanı “Birbank”ın “Spark Tələbə İnnovasiya proqramı” ilə gerçəkləşdir

İdeyanı “Birbank”ın “Spark Tələbə İnnovasiya proqramı” ilə gerçəkləşdir






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Sosial şəbəkələr, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Tələbələrə şad xəbər! Ölkənin ilk rəqəmsal bankı “Birbank” bankçılıq sahəsində yeni ideyaları olan, innovativ həllər təqdim etmək istəyən, yenilikçi tələbələrə unikal imkanlar yaradır. Oktyabr ayının 16-da start verilən “Spark Tələbə İnnovasiya proqramı” böyük hədəfləri və arzuları olan gənclərə yeni qapılar açır.

Proqramda ölkə üzrə ali məktəblərdə üç və dördüncü kursda təhsil alan, orta göstəriciləri 70 və üzəri olan bakalavr və magistr tələbələrinə iştirak imkanı yaradılacaq. İştirakçı olmaq istəyən tələbələr məhsul sahibi, biznes analitik, developer, dizayner rollarını icra edən dördnəfərlik komanda formasında layihəyə müraciət edə bilər.

İdeyası bəyənilən və “İlkin qiymətləndirmə”, “Tapşırıq”, “Müsahibə” mərhələlərini uğurla keçən komandalar layihədə iştirak hüququ qazanacaqlar. Daha sonra onlar üçün yeni biliklər, təcrübələrlə dolu bir mərhələyə start veriləcək. Onlara “Birbank”ın peşəkar mütəxəssisləri tərəfindən həyata keçirilən xüsusi mentorluq, təcrübə proqramı və təlimlərdə iştirak imkanları yaradılacaq. Proqramın final mərhələsində isə komandalar ideyalarını təqdim edəcəklər. Proqramın yekunlarına əsasən, ideyaları ən uğurlu hesab edilən üç komanda müvafiq olaraq 4 000, 2 000 və 1 000 manat məbləğində mükafat qazanacaq.

Müraciət və qeydiyyat üçün: www.kbl.az/tpi

Layihənin məqsədi yeni texnologiya və innovasiyalara marağı olan gəncləri bir araya gətirmək, onların gələcək fəaliyyətini stimullaşdırmaq, real iş mühitində praktiki təcrübə imkanı yaratmaqdır. “Spark Tələbə İnnovasiya proqramı” həmçinin gənclərə komanda işi, şəbəkələşmə, müasir bankçılıq mühitində layihələrin idarə edilməsi kimi bacarıqlar da qazandıracaq.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən “Kapital Bank”ın əmtəə nişanı olan “Birbank”, üç milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 119 filial və 52 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və “PAŞA Holding”ə daxildir. “Kapital Bank” isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://birbank.az/ saytına, “196” sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv