Ramiz Mehdiyevin cinayət işi üzrə YENİ DETALLAR məlum oldu

Ramiz Mehdiyevin cinayət işi üzrə YENİ DETALLAR məlum oldu






presstv

"Presstv"az #Ailə, #Audi, #Cinayət işi, #Dövlətə xəyanət, #Hakim, #Səbail

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ötən həftə dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər və çirkli pulların yuyulması kimi xüsusilə ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyev vəkilləri vasitəsilə aktiv hərəkətə keçib.

presstvaz “Qafqazinfo”ya istinadən xəbər verir ki, müdafiəçilər Mehdiyev barəsində hələ ev dustaqlığı qətimkan tədbiri seçilməzdən əvvəl qəbul edilmiş bir sıra qərarlardan apellyasiya şikayəti veriblər.

Bu məqsədlə onlar Dövlət Təhlükəsizliyi Xidmətindəki (DTX) cinayət işinin materialları ilə, DTX-nin vəsatəti əsasında Səbail Rayon Məhkəməsi tərəfindən çıxarılmış qərarlarla tanış olublar.

Həmin sənədlər arasında Ramiz Mehdiyevin ətrafında kompleks əməliyyat-texniki tədbirlərin keçirilməsi ilə bağlı Səbail Rayon Məhkəməsinin 13 avqust 2025-ci il tarixli qərarı da var.

Bu qərarın R.Mehdiyevin ifşa olunmasında xüsusi rol oynadığı hesab olunur. Belə ki, rabitə kanalları ilə ötürülən məlumatların ələ keçirilməsi, “Şərq-Qərb” nəşriyyatı və daha sonra digər ünvanlarda aparılan axtarış tədbirləri məhz bu qərar əsasında həyata keçirilib.

Görünür ki, Ramiz Mehdiyev vəkillərinə bu istiqamətdə xüsusi göstəriş verib və müdafiəsinin qurulması üçün mümkün hüquqi addımların atılmasını tapşırıb.

Qeyd edək ki, 87 yaşlı Ramiz Mehdiyev hazırda ev dustaqlığı şəraitində saxlanılır. Ona qarşı irəli sürülən ittihamlar ölkə gündəmini zəbt edib. Cinayət prosesində iştirak edən R.Mehdiyev və ailəsi mahiyyəti yayılmış ittihamı təsdiq və ya təkzib edən hər hansı açıqlama verməyib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv