Britaniyada it xilas etdiyi həyatların sayına görə Ginnesin Rekordlar Kitabına düşdü

Britaniyada it xilas etdiyi həyatların sayına görə Ginnesin Rekordlar Kitabına düşdü






presstv

"Presstv"az #Audi, #Böyük Britaniy, #Böyük Britaniya, #Doğum günü, #Ginnesin Rekordlar Kitabı, #Kitab, #Sağlamlıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Böyük Britaniyanın Bedfordşir ştatında yaşayan Britaniya setteri Qordon Şarvud qanköçürmə üçün ən çox qan verən it kimi Ginnesin Rekordlar Kitabına düşüb.

presstvaz xəbər verir ki, bu barədə “Mirror” nəşri xəbər yayıb.

Onun sahibi Syu Mitçell bildirib ki, doqquz yaşlı it 45 dəfə qan verərək təxminən 200 itin həyatını xilas edib.

Şarvud 2017-ci ildə, 13 aylıq olarkən qan verməyə başlayıb və 2024-cü ildə doqquzuncu doğum gününə qədər davam edib. O, 2024-cü ilin iyulunda 40 dəfə qan verərək öz rekordunu qırıb və daha sonra bu rəqəmi 45-ə çatdırıb.

Syu qeyd edib ki, Şarvud öz sakit təbiətinə görə donorluq üçün ideal itdir. Onun sözlərinə görə, it insanları sevir, istənilən vəziyyətin öhdəsindən asanlıqla gəlir və hətta prosedurlar zamanı yuxuya gedir.

Syu Mitçellin digər iki iti də donordur: 11 yaşlı Bakster və 4 yaşlı Brinjal. Bakster 33 dəfə, Brinjal isə 19 dəfə qan verib.

İtlərin donorluq prosesi insanlarda olduğu kimidir: onların çəkisi ölçülür, sağlamlıq vəziyyəti yoxlanılır və təxminən 568 ml qan götürülür. Bir it gərginlik keçirsə, prosedur dərhal dayandırılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv