Ayıların sakinlərə hücumları artıb – Yırtıcı heyvanları yaşayış yerlərinə cəlb edən nədir?

Ayıların sakinlərə hücumları artıb – Yırtıcı heyvanları yaşayış yerlərinə cəlb edən nədir?






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Qida məhsulları, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son vaxtlar ölkə ərazisində, xüsusilə də bölgələrdə sakinlərin yırtıcı heyvanların hücumuna məruz qalması halları tez-tez müşahidə olunur. Ayıların insan məskunlaşan ərazilərə yaxınlaşmasının səbəbləri ilə bağlı araşdırma aparılıb.

Zoologiya İnstitutunun elmi işçisi Elşad Əsgərov yırtıcıların yaşayış məntəqələrinə tez-tez gəlməsinin əsas səbəblərini açıqlayıb.

Mütəxəssisin sözlərinə görə, hazırda ayılar üçün qış yuxusuna hazırlıq dövrüdür: “Hazırda ayılar qış yuxusuna hazırlaşırlar. Onlar kifayət qədər qida əldə etməli və piy qatı toplayaraq qış yuxusuna getməlidirlər”.

Elşad Əsgərov qeyd edib ki, insan məskənlərini ayılar üçün cəlbedici edən iki əsas amil var: karbohidratla zəngin qidalar və utilizasiya olunmamış tullantılar.

“Ayıları insan məskənlərinə cəlb edən əsas amillərdən biri, bu ərazilərin ətrafında karbohidratla zəngin meyvə və giləmeyvələrin mövcudluğudur. Digər amil isə kəndlərin yaxınlığında utilizasiya olunmamış qida məhsulları və məişət tullantılarının olmasıdır”, – deyə mütəxəssis vurğulayıb.

Daha ətraflı Baku TV-nin videomaterialında:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv