Qızıl altı min dollara qədər bahalaşa bilər

Qızıl altı min dollara qədər bahalaşa bilər






presstv

"Presstv"az #ABŞ, #Audi, #Bahalaşma, #Dollar, #Nyu-York, #Qızılın qiyməti

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son günlər dünya birjalarında qızılın qiymətində kəskin eniş müşahidə olunub.

presstvaz xarici mediaya istinadən xəbər verir ki, ekspertlər qızılın ucuzlaşmasının müvəqqəti olması fikldirindədirlər. Beynəlxalq ekspertlər hesab edir ki, bu qısa müddətli dalğalanma uzunmüddətli trendi dəyişdirməyəcək və qiymətli metal yenidən bahalaşacaq.

Qeyd edək ki, Nyu-York Əmtəə Birjasında hazırda qızılın bir unsiyasının qiyməti 4267 dollardır. Bir gün əvvəl bu qiymət 4392 dollar idi ki, bu da bir gündə təxminən 125 dollarlıq ucuzlaşma deməkdir. Analitiklər bunu qısa müddətli satış dalğası – investorların əvvəlki yüksək qiymətlərdə qazanc götürməsi ilə izah edirlər.

Nüfuzlu beynəlxalq maliyyə qurumları və investisiya bankları qızılın qiymətinin yaxın illərdə davamlı yüksələcəyini proqnozlaşdırır. Məsələn, HSBC qiymətin 2026-cı ilin birinci yarısında 5 min dollara qədər yüksələcəyini proqnozlaşdırır. “Goldman Sachs”-ın analitikləri isə 2025-ci ilin sonuna qədər qiymətin 4.900 dollara çatacağını, 2026-cı ildə 5 min dollardan çox bahalaşacağını proqnozlaşdırır. “Bank of America” gələn il hətta qiymətin 6 min dollara yüksələcəyi qənaətindədir.

Qızılın bahalaşmasının əsas səbəbi kimi analitiklər geosiyasi gərginlikləri, mərkəzi bankların artan alışlarını və ABŞ-da faizlərin azalması faktorlarını göstərirlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv