AZAL təyyarəsinin qəzasında yaralanan Nurullah Siracov vəfat etdi

AZAL təyyarəsinin qəzasında yaralanan Nurullah Siracov vəfat etdi






presstv

"Presstv"az #Aktau, #Audi, #Bakı, #Hadisə, #Qazax, #Qazaxıstan, #Qroznı, #təyyarə, #Vəfat edib, #Xərçəng xəstəliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

AZAL-ın Qazaxıstanın Aktau limanı yaxınlığında qəzaya uğrayan təyyarəsində yaralanan Zaqatala sakini Nurullah Siracov vəfat edib.

presstvaz Lent.az-a istinadla xəbər verir ki, Nurullah Siracov bu gün səhər saatlarında yaşadığı evdə dünyasını dəyişib.

Xatırladaq ki, Nurullah Siracov 2024-cü il dekabrın 25-də həyat yoldaşı ilə birgə Qroznıda yaşayan oğlunun yanına gedirmiş. Qəza zamanı onların hər ikisi xəsarət alaraq, xəstəxanaya yerləşdirilmişdilər.

Qeyd edək ki, Nurullah Siracov xərçəng xəstəliyindən əziyyət çəkirmiş. O, AZAL-ın təyyarəsi ilə Qroznıya bu xəstəliklə bağlı əməliyyat olunmaq üçün gedirmiş. Lakin məlum hadisə səbəbindən Nurullah Siracov əməliyyat oluna bilmədi və xəsarət alaraq, Bakıda xəstəxanaya yerləşdirildi.

Nurullah Siracov aldığı xəsarətlərdən sağalsa da, xərçəngdən xilas ola bilmədi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv