ABŞ-də üç yaşlı uşaq anasının həyatını xilas etdi, ölkədə qəhrəmana çevrildi

ABŞ-də üç yaşlı uşaq anasının həyatını xilas etdi, ölkədə qəhrəmana çevrildi






presstv

"Presstv"az #ABŞ, #Audi, #Hadisə, #Mətbuat konfransı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin Miçiqan ştatında üç yaşlı uşaq – Kodi Ceyms Uilyams qəhrəmanlıq göstərərək anasının həyatını xilas edib.

presstvaz “The Guardian” nəşrinə istinadən xəbər verir ki, azyaşlı anasının ciddi epilepsiya tutması zamanı soyuqqanlılığını qoruyub və nə etməli olduğunu bilib.

Kodi dərhal telefonu anasının üzünə tutaraq, kilidi açıb. Daha sonra qonşuya zəng edib və təcili yardım çağırıb.

Məlumata görə, uşaq əvvəllər də anasının oxşar vəziyyətlərini gördüyündən, bu cür hallarda necə davranacağını bilirmiş.

Hadisədən sonra yerli polis idarəsinin rəhbəri Maykl Buşar xüsusi mətbuat konfransı keçirərək, Kodini “kiçik müavin” adlandırıb və ona simvolik polis rütbəsi təqdim edib.

Polis rəisi bildirib ki, bu hadisə bütün valideynlərə fövqəladə hallarda uşaqlarına düzgün davranış qaydalarını öyrətməyin vacibliyini bir daha xatırladır.

Tədbirdə Kodiyə qarşıdan gələn ad günü münasibətilə hədiyyələr də təqdim olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv