Bu həftəsonu Yer Günəşin tac dəliyi zonasında olacaq: Nə baş verəcək?

Bu həftəsonu Yer Günəşin tac dəliyi zonasında olacaq: Nə baş verəcək?






presstv

"Presstv"az #Audi, #Günəş, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Artıq dörd aydır ki, Günəşdə tac dəliyi müşahidə olunur. Dəlik o qədər də böyük olmasa da, son bir ay ərzində xeyli genişlənib və bu həftəsonu – oktyabrın 18-19-da Yerin maqnit sahəsinə təsir göstərə bilər.

presstvaz xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Alimlərin sözlərinə görə, qarşıdakı iki gün ərzində Yerin maqnit sahəsinə məhz bu tac dəliyi təsir göstərəcək. Son bir neçə saatda Yer ətrafında plazma sıxlığının əhəmiyyətli dərəcədə artdığı bildirilir. Adətən bu, güclü günəş küləyi ərəfəsində baş verir. Mütəxəssislər hesab edirlər ki, günəş küləyi 24 saat ərzində Yerin orbitinə çatacaq.

Alimlər həmçinin xəbərdarlıq ediblər ki, maqnit sahəsindəki dəyişikliklərə həssas olan insanlar üçün narahatlığa əsas yoxdur. Tac dəliyi çox böyük olmadığı üçün təsiri zəif olacaq. Bununla belə, Günəşdəki partlayışların yaratdığı qütb parıltılarını görmək istəyənlər bu həftəsonu arzularını reallaşdıra bilərlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv