Mopedlər dövlət qeydiyyatına alınacaq – Sürücülük vəsiqəsi tələb olunacaq

Mopedlər dövlət qeydiyyatına alınacaq – Sürücülük vəsiqəsi tələb olunacaq






presstv

"Presstv"az #Azərbaycan, #Hakim, #Milli Məclis, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Moped idarə etmək üçün sürücülük vəsiqəsinin alınması tələb olunacaq və mopedlər dövlət qeydiyyatına alınaraq uçota götürüləcək.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Yol hərəkəti haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, moped kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla elektrik mühərriki olan və ya iş həcmi 50 kub santimetrdən çox olmayan mühərriklə hərəkətə gətirilən və maksimum konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olmayan iki və ya üç təkərli nəqliyyat vasitəsidir.

Bu qanunun 27, 29, 33, 34 və 37-ci maddələrinin tələbləri istisna olmaqla asma mühərrikli velosipedlər və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri də mopedlərə bərabər tutulacaq.

Həmçinin, Azərbaycan ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları, habelə mopedlər bu qanunla və bu qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınacaq.

Bundan əlavə, Azərbaycan ərazisindəki yollarda mopedi idarəetmə hüququ "A1" kateqoriyalı sürücülük vəsiqəsi əsasında həyata keçiriləcək.

Bundan əlavə, asma mühərrikli velosipedlər və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri (mopedlər istisna olmaqla) yalnız yolun sağ kənar zolağında, yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, mümkün qədər sağ tərəfdə bir cərgə ilə hərəkət etməlidirlər.

Asma mühərrikli velosiped və oxşar xüsusiyyətli digər nəqliyyat vasitəsi (moped istisna olmaqla) sürücülərinə asma mühərrikli velosiped və ya oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri (mopedlər istisna olmaqla) ilə birgə istismar üçün nəzərdə tutulan qoşqunun yedəyə alınması istisna olmaqla asma mühərrikli velosipedləri və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələrini (mopedlər istisna olmaqla), eləcə də həmin nəqliyyat vasitələri ilə yedəyə almaq qadağan ediləcək.

Mopedlər yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə mümkün qədər yolun sağ kənar zolağında hərəkət etməlidirlər. Bu qanunun 37-ci maddəsinin I və IV hissələri, V hissəsinin 2-4-cü bəndləri, VI hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş tələblər moped sürücülərinə də şamil ediləcək.

Bununla yanaşı, motosikletin və mopedin uzunu ve ya eni üzrə qabaritlərindən 0,5 metrdən artıq kənara çıxan və ya motosikleti, mopedi idarə etməyə mane olan yük aparmaq qadağan ediləcək.

Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv