Əhaliyə verilən istilik enerjisi sayğacla ölçüləcək

Əhaliyə verilən istilik enerjisi sayğacla ölçüləcək






presstv

"Presstv"az #İlham Mirzəliyev

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

"Əhaliyə verilən istilik enerjisi mütləq şəkildə sayğacla ölçülməlidir".

presstvaz xəbər verir ki, bunu "Report"a müsahibəsində "Azəristiliktəchizat" ASC-nin sədri İlham Mirzəliyev bildirib.

Onun sözlərinə görə, bu həm şəffaflıq, həm də xərclərin optimallaşdırılması baxımından vacibdir: "Biz son iki ildə bu mövzunu aktiv şəkildə gündəmə gətirmişik. Əvvəllər bu məsələ ümumiyyətlə müzakirə olunmurdu. Ola bilsin ki, bəzi hallarda biz çox enerji veririk, amma onun dəyərini tam şəkildə ala bilmirik".

Əhaliyə verilən istilik enerjisi sayğacla ölçüləcək

İ. Mirzəliyevin fikrincə, istilik sayğacları qaz, su və elektrik sayğacları kimi sadə deyil: "Onların quruluşu və idarə edilməsi daha mürəkkəbdir. Mənzillərə gələn istilik bir nöqtədən deyil, bir neçə boru xətti ilə ötürülür. Bu səbəbdən hər otağın batareyasına ayrıca sayğac qoymaq texniki və inzibati baxımdan çətindir. Belə halda hər ay mənzillərə daxil olaraq sayğac göstəricilərini oxumaq, müdaxilələrin qarşısını almaq da problem yaradır. Buna görə də biz mərhələli şəkildə hərəkət etməyi planlaşdırırıq".

O qeyd edib ki, ilk mərhələdə qeyri-əhali abonentləri, yəni məktəblər, bağçalar, tibb müəssisələri və digər ictimai binalar üzrə sayğacların quraşdırılmasını nəzərdə tutulur:

"Bu obyektlərdə enerji bir nöqtədən daxil olduğu üçün texniki baxımdan sayğac yerləşdirmək mümkündür. Əhali abonentləri üçün isə artıq pilot layihə həyata keçirilir: 60 istilik sayğacı alınıb və bir hissəsi quraşdırılıb. Bu mövsümdə həmin sayğacların iş prinsipi və nəticələri təhlil ediləcək. Yekun qiymətləndirmədən sonra yaşayış binalarında da mərhələli şəkildə sayğac quraşdırılması məsələsi gündəmə gətiriləcək. Burada bir mühüm hüquqi məqam da var – sayğacın bir tərəfi təchizatçı ("Azəristiliktəchizat"), digər tərəfi isə istehlakçı olmalıdır. Amma çoxmənzilli binalarda hələ MMMC-lər tam formalaşmadığı üçün binalarda kim bu tərəfi təmsil edəcək, bu məsələ aydın deyil".

Bütün bunlara baxmayaraq, qurum rəhbəri deyir ki, proses davam etdirilir:

"Pilot layihənin nəticələrinə əsasən, hökumətə konkret təkliflər paketi təqdim olunacaq. Sayğacların quraşdırılması əhali istehlakçıları üçün dövlət və "Azəristiliktəchizat"ın hesabına, qeyri-əhali abonentləri üçün isə öz vəsaitləri hesabına həyata keçiriləcək".


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv