Spiker: “Heydər Əliyev təkcə ölkəni fəlakətdən xilas etmədi, həm də onu yenidən qurdu”

Spiker: “Heydər Əliyev təkcə ölkəni fəlakətdən xilas etmədi, həm də onu yenidən qurdu”






presstv

"Presstv"az #44 günlük Vətən müharibəsi, #Astana, #Audi, #Azərbaycan, #Ermənistan, #Hadisə, #Hakim, #Heydər Əliyev, #İlham Əliyev, #Konstitusiya və Suverenlik İli, #Milli Məclis, #Müharibə, #Sahibə Qafarova, #Vətən müharibəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“34 il öncə, 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti dövlət müstəqilliyimizin bərpasını elan etdi. Bir əsr ərzində ikinci dəfə xalqımız müstəqil dövlətini qurmaq imkanına nail oldu. Amma müstəqilliyi əldə etmək az idi, onu qoruyub saxlamaq da lazım idi”.

presstvaz xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında sədr Sahibə Qafarova deyib.

O bildirib ki, yeni yaranan dövlətin idarə edilməsində, daxili və xarici siyasətin həyata keçirilməsində kobud səhvlərə yol verilmişdi:

“Ermənistanın silahlı təcavüzü, torpaqlarımızın işğalı, yüz minlərlə soydaşımızın yurdlarını tərk etməsi ciddi problemlər yaratmışdı. İqtisadiyyat dağılır, anarxiya və özbaşınalıq genişlənirdi. Biz hamımız bu hadisələrin şahidi olmuşuq. Daxili mübarizəyə başı qarışan o zamankı səriştəsiz iqtidar dövlətçiliyimizi müdafiə etməyə qadir deyildi. Ölkəmiz vətəndaş müharibəsinin astanasında idi. Dövlət müstəqilliyinin itirilməsi təhlükəsi real şəkil almışdı. Məhz bu ağır vəziyyətdə xalqımız yenidən öz müdrik liderinə üz tutdu. 1993-cü ilin iyun ayında dünya miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıtması tariximizin dönüş nöqtəsi oldu. Heydər Əliyev təkcə ölkəni fəlakətdən xilas etmədi, həm də onu yenidən qurdu. Ümummilli Liderimizin həyata keçirdiyi milli qurtuluş missiyası nəticəsində Azərbaycan böyük təhlükələri aradan qaldırdı və davamlı inkişaf yoluna qədəm qoydu. Müasir dövlətçiliyin, iqtisadiyyatın, hüquq sisteminin, ordunun möhkəm təməlləri yaradıldı. Ulu Öndər insanların öz gələcəyinə, dövlətinə və xalqına inamını qaytardı. Məhz Heydər Əliyevin fəaliyyəti sayəsində müstəqillik ideyası real məzmun kəsb etdi və dayanıqlı dövlətçilik sisteminə çevrildi. Milli suverenliyin möhkəm siyasi-hüquqi əsasları formalaşdırıldı. Ulu Öndər sübut etdi ki, güclü dövlət, səmərəli qanunlar və vətəndaş məsuliyyəti olmadan həqiqi müstəqillik mümkün deyil. Bu baxımdan 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması da Heydər Əliyev ideyalarının və əməllərinin təntənəsini ifadə edir”.

“Ulu Öndərin strateji xəttini layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi müasir dünya dövləti olan Azərbaycanın qurulmasını təmin etdi. Ötən 22 il ərzində ölkəmiz sabitlik və inkişaf məkanına çevrilib. İndi Azərbaycan amili regional təhlükəsizliyin və iqtisadi əməkdaşlığın mühüm şərtidir. Biz 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında tarixi qələbələr qazanmışıq. Ərazi bütövlüyümüzü və dövlət suverenliyimizi bərqərar etmişik. Bu gün Azərbaycan Respublikası beynəlxalq platformalarda səsi eşidilən, öz sözünü inamla söyləyən bir dövlətdir. Təkcə son yarım ay ərzində baş vermiş beynəlxalq hadisələr də bir daha nümayiş etdirdi ki, Azərbaycanın qlobal siyasi dialoq sistemində sanballı yeri var”, – deyə spiker əlavə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv