Beyin qabığının incəlməsinin səbəbləri açıqlanıb

Beyin qabığının incəlməsinin səbəbləri açıqlanıb






presstv

"Presstv"az #Altsheymer xəstəliyi, #Araşdırma, #Audi, #Demensiya, #Sağlam həyat tərzi, #Sağlam qidalanma

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Xoşagəlməz sosial və ekoloji şərtlər beyin sağlamlığını təhlükəyə atır.

presstvaz xəbər verir ki, Ueyk-Forest Universiteti nəzdindəki Tibb Məktəbinin alimləri araşdırmalar nəticəsində belə qənaətə gəliblər.

Tədqiqatın nəticələri “Alzheimer’s & Dementia: Behavior & Socioeconomics of Aging” jurnalında dərc edilib.

Alimlər “Healthy Brain Study” layihəsi çərçivəsində 679 iştirakçının məlumatlarını təhlil ediblər. Təcrübə iştirakçılarının beyni MRT ilə yoxlanılıb, Altsheymer xəstəliyi və demensiyanın digər formalarının erkən əlamətlərinin aşkarlanması üçün isə onlardan qan analizi götürülüb. Bu məlumatlar yoxsulluq səviyyəsi, havanın çirklənməsi və sosial həssaslıq göstəricilərini əks etdirən üç milli indekslə müqayisə olunub.

Məlum olub ki, beyin strukturunda yaddaş və koqnitiv funksiyaların pisləşməsi ilə bağlı dəyişikliklər daha çox əlverişsiz bölgələrdə yaşayan iştirakçılarda müşahidə olunub. Beyin qabığının incəlməsi, ağ maddədə pozuntular və beyin qan dövranının pisləşməsi bu dəyişikliklər arasındadır.

Tədqiqat müəllifləri vurğulayırlar ki, təmiz hava, təhlükəsiz yaşayış yeri və sağlam qidalanma koqnitiv sağlamlığın qorunmasında böyük rol oynayır. Onların fikrincə, xroniki xəstəliklərə nəzarət və sağlam həyat tərzi ilə yanaşı, şəhər mühitinin yaxşılaşdırılması da demensiyanın profilaktikasının əsas amillərindən biridir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv