2025-ci ilin ən çox qazanan futbolçuları – SİYAHI

2025-ci ilin ən çox qazanan futbolçuları – SİYAHI






presstv

"Presstv"az #"Real Madrid", #Audi, #Dollar, #Futbol, #İnter Mayami, #Kərim Benzema, #Kilian Mbappe, #Kriştianu Ronaldu, #Lionel Messi, #Məhəmməd Salah, #Səudiyyə Ərəbistan, #Səudiyyə Ərəbistanı, #Vinisius Junior

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Forbes” jurnalı 2025-ci ilin ən çox qazanan futbolçularının reytinqini tərtib edib.

presstvaz xəbər verir ki, siyahıya Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu başçılıq edir.

Reytinq tərtib edilərkən həm futbolçuların qazancı (bonuslar daxil olmaqla), həm də oyundankənar fəaliyyətlərdən əldə edilən gəlirlər – sponsorluq müqavilələri, tədbirlərdə iştirak və s. nəzərə alınıb.

Ümumilikdə siyahıya daxil olan futbolçular bir il ərzində 945 milyon dollar qazanıblar. “Forbes” qeyd edir ki, bu göstərici ötən ilə nisbətən 4% azalıb.

Dünyanın ən çox qazanan 10 futbolçusu aşağıdakı kimidir:

1. Kriştianu Ronaldu (“Ən-Nəsr”) – 280 milyon dollar (230 milyon dollar meydanda + 50 milyon dollar meydandan kənar)

2. Lionel Messi (“İnter Mayami”) – 130 milyon dollar (60+70)

3. Kərim Benzema (“Əl-İttihad”) – 104 milyon dollar (100+4)

4. Kilian Mbappe (“Real Madrid”) – 95 milyon dollar (70+25)

5. Erlinq Holand (“Mançester Sitі”) – 80 milyon dollar (60+20)

6. Vinisius Junior (“Real Madrid”) – 60 milyon dollar (40+20)

7. Məhəmməd Salah (“Liverpul”) – 55 milyon dollar (35+20)

8. Sadyo Mane (“Ən-Nəsr”) – 54 milyon dollar (50+4)

9. Cud Bellinqem (“Real Madrid”) – 44 milyon dollar (29+15)

10. Lamin Yamal (“Barselona”) – 43 milyon dollar (33+10)


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv