HƏMAS daha iki israilli girovun cəsədini qaytarıb

HƏMAS daha iki israilli girovun cəsədini qaytarıb






presstv

"Presstv"az #Ailə, #Audi, #İsrail, #İsrail Müdafiə Qüvvələri, #Qəzza, #Qəzza zolağı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

HƏMAS daha iki israilli girovun cəsədini qaytarıb.

presstvaz-ın xəbərinə görə, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF-SAXAL) öz “Telegram” hesabında paylaşım edib.

Bildirilib ki, Milli Məhkəmə Tibbi İnstitutunun İsrail polisi və hərbi ravvinliyi ilə birgə apardığı şəxsiyyətin müəyyənləşdirilməsi prosesini başa çatıb. Məlumata görə, cəsədlər IDF baş serjantı Məhəmməd əl-Atraşa və “Nova” festivalından qaçırılan qadın girov İnbar Heymana aiddir, onların ailələrinə bununla bağlı məlumat veriblər.

“IDF-nin əlində olan kəşfiyyat məlumatlarına görə, İnbar Heyman 7 oktyabr 2023-cü ildə HƏMAS terror təşkilatı tərəfindən öldürülüb və cəsədi Qəzza zolağına aparılıb. Öldüyü zaman 27 yaşında olan İnbar “Nova” festivalı zamanı qaçırılıb. Onun ölümü 15 dekabr 2023-cü ildə elan edilib. Heymanın valideynləri və qardaşı sağdır.

Sava bölgəsindən olan baş serjant Məhəmməd Əl-Atraş İsrail Müdafiə Qüvvələrinin “Şimali Qəzza zolağı” briqadasında çalışıb. O, oktyabrın 7-də səhər döyüş zamanı öldürülüb, meyiti HƏMAS terror təşkilatı tərəfindən aparılıb. Məhəmməd öldüyü zaman 39 yaşında olub. Onun ölümü 24 iyun 2024-cü ildə elan edilib. Əl-Atraşın valideynləri, qardaşları və bacıları sağdır, iki arvadı və 13 uşağı qalıb”, – deyə məlumatda bildirilib.

Xatırladaq ki, daha əvvəl HƏMAS dörd israilli girovun cəsədini verib və onlardan üçünün şəxsiyyəti müəyyənləşib, birinin isə israilli girovlara aidiyyətinin olmadığı bildirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv