Gələn il büdcənin 21 faizi müdafiə və milli təhlükəsizlik sahəsinə yönələcək

Gələn il büdcənin 21 faizi müdafiə və milli təhlükəsizlik sahəsinə yönələcək






presstv

"Presstv"az #Audi, #Hakim, #Maliyyə Nazirliyi, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Maliyyə Nazirliyi 2026-cı il üzrə dövlət büdcəsində xərclərin funksional təsnifatını açıqlayıb.

presstvaz xəbər verir ki, gələn ilin büdcəsində ümumi dövlət xidmətlərinə 5 milyard 514.5 milyon manat vəsait ayrılması nəzərdə tutulur ki, bu da ümumi xərclərin 13.2%-ni təşkil edir.

Müdafiə və milli təhlükəsizlik sahəsinə yönəldiləcək vəsaitin həcmi 8 milyard 714.8 milyon manat səviyyəsində müəyyən edilib. Bu istiqamət üzrə xərclərin xüsusi çəkisi 20.9% olmaqla, büdcədə ən böyük paya malik istiqamətlərdən biridir.

Məhkəmə-hakimiyyət, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanması üçün 3 milyard 343.6 milyon manat (8%), təhsil xərcləri üçün isə 5 milyard 15.9 milyon manat (12%) ayrılması planlaşdırılır.

Səhiyyə sahəsinə ayrılacaq vəsait 2 milyard 24.3 milyon manat (4.9%), sosial müdafiə və sosial təminat xərcləri isə 4 milyard 873 milyon manat (11.7%) olacaq.

Mədəniyyət, incəsənət, informasiya, gənclər və idman fəaliyyətləri üzrə xərclər 631.6 milyon manat (1.5%), mənzil-kommunal təsərrüfatına isə 334.5 milyon manat (0.8%) səviyyəsində müəyyən edilib.

Kənd təsərrüfatı sahəsinə ayrılacaq vəsait 1 milyard 222.1 milyon manat (2.9%), ətraf mühitin mühafizəsinə isə 420.2 milyon manat (1%) təşkil edir.

İqtisadi fəaliyyət sahəsinə 7 milyard 856.6 milyon manat (18.8%), əsas bölmələrə aid edilməyən xidmətlər üzrə isə 1 milyard 752.5 milyon manat (4.2%) xərclənməsi nəzərdə tutulub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv