Süni intellektdən ən çox qorxan ölkə sakinləri

Süni intellektdən ən çox qorxan ölkə sakinləri






presstv

"Presstv"az #ABŞ, #Almaniya, #Araşdırma, #Audi, #Avstraliya, #Böyük Britaniy, #Böyük Britaniya, #Braziliya, #Cənubi Koreya, #Hindistan, #İndoneziya, #İtaliya, #Kanada, #Keniya, #Meksika, #Süni intellekt, #Türkiyə, #Yunanıstan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ və İtaliya sakinlərinin 50%-i gündəlik həyatda süni intellekt texnologiyalarının aktiv yayılmasından daha çox narahatdırlar.

presstvaz bu barədə “Pew Research Center” araşdırma şirkətinin saytına istinadla xəbər verir.

Bildirilir ki, sözügedən iki dövlətin sakinləri şirkətin 25 ölkədə keçirdiyi sorğuda bu problemlə bağlı narahatlıq üzrə lider olublar.

Süni intellektin yayılmasından həmçinin Avstraliyada (rəyi soruşulanların 49%-i), Braziliyada (48%), Yunanıstanda (47%) və Kanadada (45%) çoxları narahatdır.

Bununla bağlı ən az narahat olanlar Cənubi Koreya (16%) və Hindistan (19%) sakinləridir.

Qeyd edək ki, “Pew Research Center” 2025-ci ilin mart ayında ABŞ, Böyük Britaniya, Almaniya, Keniya, İndoneziya, Türkiyə və Meksika daxil olmaqla 25 ölkədə sorğu keçirib.

Tədqiqatda 3 605 nəfər iştirak edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv