Təhsilin İnkişafı Fondunun İdarə Heyətinə sədr əvəzi təyin olundu

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinə sədr əvəzi təyin olundu






presstv

"Presstv"az #Audi, #Emin Əmrullayev, #Neftçi, #Təhsil, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondunun İdarə Heyətinə sədr əvəzi təyin olunub.

“presstvaz “Qaynarinfo”ya istinadla xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsinin icrası Bayramlı İlqar Şakir oğluna tapşırılıb.

Qeyd edək ki, bundan əvvəl Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov vəzifəsindən azad edilib.

İlqar Bayramlı 2024-ci ilin aprel ayında Emin Əmrullayevin müvafiq əmri ilə nazirliyin Təhsilin iqtisadiyyatı şöbəsinə müdir təyin edilib. O, Ali Hərbi Məktəbdə müəllim, baş müəllim, “Neftçi” PFK MMC-də maliyyə şöbəsinin rəisi vəzifəsində çalışıb. Bundan başqa, “Alyans Tekstil” MMC-də direktor, “Capital Motors” MMC-də maliyyə direktorunun müavini və direktor vəzifələrində fəaliyyət göstərib.

Bir müddət “Təmiz qaz” QSC-də direktorun maliyyə məsələləri üzrə müşaviri kimi fəaliyyətini davam etdirən İlqar Bayramlı Ağsu rayonunda “Azqranata” MMC-də maliyyə departamentinin direktoru vəzifəsində də işləyib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv