Kərkicahana köçlə bağlı işlər aparılır

Kərkicahana köçlə bağlı işlər aparılır






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Tikinti və İdarəetmə Xidməti, #Xankəndi şəhəri, #Xocalı rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Oktyabrın 15-də Xankəndidə III Milli Şəhərsalma Forumu işinə başlayıb.

presstvaz xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi məlumat yayıb.

Forumda çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov bildirib ki, bu gün bu məkanda keçirilən forum regionda aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin, müasir şəhərsalma prinsiplərinin tətbiqinin və dayanıqlı inkişafın nümayişidir. Bu forum, eyni zamanda beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin vacibliyini bir daha göstərir. Bu sadəcə bir forum deyil, bu azad edilmiş torpaqlarımızda yenidənqurmanın, bərpanın və inkişafın simvoludur. Xankəndi artıq Azərbaycanın gələcəyinin modeli kimi formalaşır, burada həyata keçirilən layihələr insan mərkəzli inkişaf və ekoloji tarazlıq prinsiplərinə əsaslanır.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri çərçivəsində 19 yaşayış məntəqəsinə o cümlədən, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Ağdərə rayonunun 7 kəndinə və Xocalı rayonunun 11 kəndinə əhalinin köçü ilə bağlı işlər aparılır. Artıq 22 mindən çox şəxs doğma torpaqlarda məskunlaşıb. E.Yusubov çıxışında bölgəyə 65 milyon manatdan çox investisiya yatırıldığı, fəaliyyətə başlamış obyektlər üzrə 3 mindən artıq şəxsin işlə təmin olunduğu barədə də məlumat verib.

Prezidentin xüsusi nümayəndəsi vurğulayıb ki, Xankəndidə keçirilən forum beynəlxalq əməkdaşlıq, yaşıl enerji və dayanıqlı inkişaf prinsiplərinin müzakirəsi üçün mühüm platformadır və Qarabağın gələcək inkişafına yeni impuls verəcək. Xatırladaq ki, bir neçə il əvvəl Azərbaycanın BMT-nin müvafiq ixtisaslaşmış agentliyi – “UN-Habitat” ilə birgə irəli sürdüyü təşəbbüs əsasında yaradılan bu platforma artıq ənənə halını alıb. Forum hökumət, özəl sektor, qeyri-hökumət təşkilatları, elmi dairələr, memarlar və mütəxəssislərin bir araya gələrək aktual şəhərsalma mövzularını müzakirə etməsi və həll yolları təqdim etməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ənənəvi olaraq forumun ilk iki toplantısı Ağdam və Zəngilanda keçirilib. Bu il isə tədbir həm Bakıda, həm də Xankəndidə keçirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv