“Şübhəm təsdiqləndi, yeni müharibə üçün…” – Babacanyan

“Şübhəm təsdiqləndi, yeni müharibə üçün…” – Babacanyan






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Hakimiyyəti ələ keçirmək üçün lazım olan daxili ehtiyatları toplaya bilmədikləri üçün Azərbaycanın Ermənistana hücumu üçün qanuni zəmin yaratmağa qərar veriblər.

presstvaz  teleqraf.com-a istinadən  xəbər verir ki, bunu Ermənistanın müxalif “Respublika Naminə” Partiyasının sədri Arman Babacanyan keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi hərəkat və onun çıxışları haqda danışarkən deyib.

“Xəbərdarlıq etdiyim təsdiqləndi: yepiskopun taxtının arxasında qızışan Köçəryana yaxın Rusiyanın casus şəbəkəsinin üzvləri, “diplomatlar” və siyasi dairələr, eləcə də baş yepiskopun (II Qaregin) özü Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri tərəfindən (aprelin 19-da) imzalanmış delimitasiya protokolunu pozmaq məqsədi güdürlər. Həmin protokol mayın 15-də təsdiq üçün Ermənistan parlamentinə göndəriləcək”, – partiya sədri vurğulayıb.

Babacanyanın iddiasına görə, revanşistlər Ermənistanı Azərbaycanla yeni müharibəyə sürükləməyə çalışırlar:

“Şübhə yoxdur ki, bu dəstə Ermənistan dövlətçiliyinin daxildən darmadağın edilməsinə nail olmaq qərarına gəlib. Ümid edirəm ki, kilsə və möhtərəm patriarx dövlət və xalq qarşısında öz məsuliyyətini dərk edərək, dağıdıcı prosesi beşiyində boğmaq üçün lazımi addımları atacaq”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv